Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
19 Dec 2013

Dünyanın hər yerindən bu il Şaxta Babaya 8 milyon məktub ünvanlanıb.

 Uşaqlarla yanaşı, gənc və yaşlı şəxslərin də ismarış ünvanladığı Şaxta Babanın bu il də bütün dünyadan alacağı məktubların sayı milyonlarla ölçülür. Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzv ölkələrinə ünvanladığı sorğunun nəticələrinə görə, hər ölkədə özünəməxsus ad daşıyan bu mehriban qocaya göndərilən və hazırda emal prosesində olan məktubların sayı ümumilikdə 8 milyon olacaq ki, bu da 2007-ci ildə olan 6 milyonluq rəqəmi üstələyir.
 
Milli poçtların ötən il təqdim etdikləri rəqəmlərə əsasən, 2012-ci ildə göndərilən məktub sayı Avstriyada 6.500,  Avstraliyada 150.000,  Braziliyada 964.315,  Kanadada 1.350.000,  Almaniyada 300.000,  İspaniyada 300.000,  Amerika Birləşmiş Ştatlarında 1.000.000-dan çox, Finlandiyada 550.000 olub.
 
Bundan başqa, keçən il ilin ən sevimli qocasına Fransadan 1700000,  Böyük Britaniyadan 800.000-dən çox, Yunanıstandan 80.000,  Macarıstandan 3000,  İrlandiyadan 130.000,  İtaliyadan 130.000 , Livandan 8800, Portuqaliyadan 100.000,  İsveçdən 30.000,  İsveçrədən 17.000,  Rusiyadan isə 350.000 məktub ünvanlanıb. Ayrı-ayrı ölkələr üzrə cari il üçün göstərilən rəqəmlərə gəlincə, 2013-cü ildə Belçikada Müqəddəs Nikolaya göndərilən 122.000-dən çox məktub emal edilib. Kanada, Fransa və Amerika Birləşmiş Ştatları “Santa” üçün hər il bir milyondan artıq, Böyük Britaniya 800.000-dən çox, Finlandiya isə 550.000 -dən çox məktub aldıqlarını bildirirlər. Bu il bir çox ölkələrdəki poçtlar, o cümlədən Kanada, İrlandiya, Fransa, İspaniya “père Noël”, “Three Wise Men”, “Santa” kimi müxtəlif qocalara yazılmış məktubların sayının ötən ildən xeyli artdığı barədə məlumat veriblər. Eyni zamanda milli poçtlar qeyd edirlər ki,  2013-cü ildə ismarışların böyük hissəsi “Santa Claus” və “Father Christmas” adlı qocalara ünvanlanıb, amma “Three Wise Men”, Şaxta Baba kimi Yeni ilin digər əsas fiqurlarına göndərilən məktublar da az deyil.
 
 
Maraqlı faktlardan biri də bəzi ölkələrdə bu məktubların xüsusi şəkildə toplanmasıdır. Məsələn, İspaniyada “Los Reyes Magos”(“Three Wise Men”) adlı şən qocalara göndəriləcək məktubların toplanması üçün ölkə daxilində əsas poçt şöbələrində 174 xüsusi poçt qutusu mövcuddur.
 
Göndərilən məktubların üzərində göstərilən ünvan da diqqət çəkir. Belə ki, fantastik arzularını bu ismarışlarda dilə gətirən balacalar məktubların üzərində “Santa, North Pole” kimi sadə ünvan göstəriblər. Amma müxtəlif ünvanlara gedən məktublara da rast gəlinir. Dünyada təxminən 20 poçt ağsaqqalı qocaya göndərilən məktubları aldıqlarını və əsasən uşaqlar tərəfindən yazılmış bu məktublardakı arzuları reallaşdırmaq üçün xüsusi proqram həyata keçirdiklərini qeyd ediblər. O da qeyd olunur ki, bayram mövsümündə milyonlarla hədiyyə, açıqca, ümumiyyətlə, müxtəlif bağlamaları ünvanlarına çatdırmaq üçün bu gün Şaxta Babanın dünyada 5 milyondan çox elfi var. 

Bir çox ölkələrdə isə bu bayramın göndərilən məktubların hesabına həm də xeyriyyə məqsədi daşıdığını demək olar. Sözügedən təcrübəyə Braziliyada rast gəlinir. Bu ölkədə 24 ildir ki, “Papai Noel dos Correios” həmrəylik kampaniyası davam edir. Kampaniyanın mahiyyəti uşaqların arzusunu həyata keçirmək kimi xeyriyyə fəaliyyətindən ibarətdir. Poçtlar bu məqsədlə daxil olan məktublar əsasında Yeni il ərəfəsində könüllülərə və sponsorlara müraciət edirlər.
 
Kampaniyaya qoşulanlar isə uşaqların Şaxta Babaya yazılan xüsusi oyuncaq, geyim və məktəb ləvazimatları ilə bağlı istəklərini reallaşdırırlar. Ötən il “Papai Noel dos Correios” həmrəylik kampaniyası çərçivəsində 450.000-dən çox məktub qəbul edilərək, oradakı istəklər həyata keçirilib. Nəzərə alsaq ki, Şaxta Babaya ünvanlanan məktubların heç də hamısı bütün ölkələrdə yerinə yetirilmir, Braziliyada sosial aksiya şəklini alan belə nümunələr digər ölkələrə də gözəl örnək ola bilər.







13 Aug 2018 Sürünənlər.Kərtənkələlər silsiləsindən poçt markası
2018-ci il avqustun 13-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Sürünənlər. Kərtənkələlər silsiləsindən üç poçt markasını dövriyyəyə buraxır.
ətraflı >>

9 Aug 2018 İvanovoda Belarus Yazısı Günü
17 avqust 2018-ci ildə Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi Belarus yazısı günü orijinal zərfini dövriyyəyə buraxacaq.
ətraflı >>

8 Aug 2018 Özbəkistan poçt markalarında idman
Özbəkistan Respublikası İnformasiya Texnologiyalarının və Kommunikasiyaların İnkişafı Nazirliyi 2018-ci il avqustun 6-dan Özbəkistan poçt markalarında idman poçt markaları seriyasını dövriyyəyə buraxıb.
ətraflı >>

31 Jul 2018 Rusiya Poçtunda yenilik
Rusiya Poçtu avqust ayından Yaponiyadan Avropaya tranzit qurum rolu oynayacaq. 2018-ci ilin mayında Rusiya Poçtu və Yaponiynın Japan Post Holdings şirkəti poçt rabitəsi sahəsində əməkdaşlığın inkişafı haqqında saziş imzalayıb.
ətraflı >>

20 Jul 2018 Nazir Qaxda vətəndaşlarla görüşüb
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Qax rayonunda vətəndaşlarla görüşüb.
ətraflı >>

13 Jul 2018 "Poçtap" layihəsi çərçivəsində 312 itirilmiş sənəd sahibinə geri qaytarılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

13 Jul 2018 NRYTN-nin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib
Nazirlər Kabineti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısını təsdiq edib.
ətraflı >>

11 Jul 2018 Elektron ticarət məhsullarının poçt vasitəsilə çatdırılması baxımından yeni imkanlar yaradılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri mövzusunda dəyirmi masa keçirilib.
ətraflı >>

10 Jul 2018 Ukrpoçta mobil əlavəni işə salıb
Ukrpoçta iOS əməliyyat sistemi üçün özünəməxsus mobil əlavəni işə salıb. İndi bütün arzu edənlər öz smartfonundan ölkənin baş poçtuna çıxış əldə edə biləcəklər. Proqramın yaradılması üzərində Ukrpoçta komandası və marketinqin digitallaşdırılması üzrə tərəfdaşı D2 İT-şirkəti çalışıb.
ətraflı >>

8 Jul 2018 8 iyul Rusiyada poçtun yarandığı gündür
Rusiyada hər il iyulun ikinci bazar günü qeyd olunan poçt rabitəsi işçilərinin peşə bayramıdır. Rusiya poçtunun tarixi min ildən artıqdır. Poçt haqqında qeydlərə min il əvvəlki yazılı abidələrdə rast gəlinir, lakin dövlət nizamlı poçt rabitəsi Böyük Pyotrun islahatlarından başlanır.
ətraflı >>



Alış Satış
1.9500 1.9800
1.6990 1.7025
0.0244 0.0255
GBP 2.1650 2.2150
SDR 1 SDR 2,3617