Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
6 fev 2013

Poçt şöbələrinin beynəlxalq pul köçürmələri sistemləri ilə əlaqələri genişlənir

“Azərpoçt” MMC-də banklarda göstərilən xidmətlərin tətbiqi prosesi həyata keçirilməkdədir.Bu barədə müəssiədən verilən məlumatda bildirilur. Məlumatda qeyd edilir ki, bir çox beynəlxalq pul köçürmələri sistemi, onların yerli və xarici nümayəndəlikləri ilə Azərpoçt MMC-nin müvafiq qurumları arasında danışıqlar aparılır.

“Western Union” beynəlxalq pul köçürmələri sistemi ilə “Azərpoçt” MMC arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb. İmzalanmış müqaviləyə əsasən “Azərpoçt” MMC-nin tabeli poçt filialı (PF) və poçt şöbəsi (PŞ) “Western Union” beynəlxalq pul köçürmələri sisteminin tətbiqi davam edir.

Hal-hazırda 350-dən çox poçt şöbəsi “Western Union” beynəlxalq pul köçürmələri sistemində qeydiyyatdan keçib və həmin poçt şöbələri tərəfindən əhaliyə xidmət göstərilir. “Azərpoçt” MMC ilə “RusSlavbank” arasında imzalanmış müqaviləyə əsasən “CONTACT” Beynəlxalq pul köçürmələri “Azərpoçt” MMC-nin Bakı daxili və rayon şöbələri tərəfindən həyata keçirilir.

Hazırda “CONTACT” Beynəlxalq pul köçürmələri ölkədaxili 130 poçt şöbəsində istifadəyə verilib. “Azərpoçt” MMC ilə “Muğanbank” ASC arasında imzalanmış müqaviləyə əsasən “Monex” təcili pul köçürməsi sisteminin bütün poçt şöbələrində fəaliyyətinin həyata keçirilməsi prosesi mümkün olacaqdır. “Migom” beynəlxalq pul köçürməsi sistemi arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə uyğun isə Bakı, Abşeron, Sumqayıt poçt filiallarında “Migom” beynəlxalq pul köçürməsi sisteminin fəaliyyəti həyata keçirilir.

NKO CFT “Zolotaya Korona” və “Azərpoçt” MMC arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin bağlanmasına dair ilkin razılıq əldə edilib. “Azərpoçt” MMC ilə “Caspian Money Transfer” beynəlxalq pul köçürmələri və “Zaminbank” ASC ilə müxbir hesabların açılmasına dair qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. “Caspian Money Transfer” beynəlxalq pul köçürmələri də Bakı daxili və rayon şöbələrində əhalinin istifadəsindədir. 







13 Aug 2018 Sürünənlər.Kərtənkələlər silsiləsindən poçt markası
2018-ci il avqustun 13-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Sürünənlər. Kərtənkələlər silsiləsindən üç poçt markasını dövriyyəyə buraxır.
ətraflı >>

9 Aug 2018 İvanovoda Belarus Yazısı Günü
17 avqust 2018-ci ildə Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi Belarus yazısı günü orijinal zərfini dövriyyəyə buraxacaq.
ətraflı >>

8 Aug 2018 Özbəkistan poçt markalarında idman
Özbəkistan Respublikası İnformasiya Texnologiyalarının və Kommunikasiyaların İnkişafı Nazirliyi 2018-ci il avqustun 6-dan Özbəkistan poçt markalarında idman poçt markaları seriyasını dövriyyəyə buraxıb.
ətraflı >>

31 Jul 2018 Rusiya Poçtunda yenilik
Rusiya Poçtu avqust ayından Yaponiyadan Avropaya tranzit qurum rolu oynayacaq. 2018-ci ilin mayında Rusiya Poçtu və Yaponiynın Japan Post Holdings şirkəti poçt rabitəsi sahəsində əməkdaşlığın inkişafı haqqında saziş imzalayıb.
ətraflı >>

20 Jul 2018 Nazir Qaxda vətəndaşlarla görüşüb
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Qax rayonunda vətəndaşlarla görüşüb.
ətraflı >>

13 Jul 2018 "Poçtap" layihəsi çərçivəsində 312 itirilmiş sənəd sahibinə geri qaytarılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

13 Jul 2018 NRYTN-nin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib
Nazirlər Kabineti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısını təsdiq edib.
ətraflı >>

11 Jul 2018 Elektron ticarət məhsullarının poçt vasitəsilə çatdırılması baxımından yeni imkanlar yaradılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri mövzusunda dəyirmi masa keçirilib.
ətraflı >>

10 Jul 2018 Ukrpoçta mobil əlavəni işə salıb
Ukrpoçta iOS əməliyyat sistemi üçün özünəməxsus mobil əlavəni işə salıb. İndi bütün arzu edənlər öz smartfonundan ölkənin baş poçtuna çıxış əldə edə biləcəklər. Proqramın yaradılması üzərində Ukrpoçta komandası və marketinqin digitallaşdırılması üzrə tərəfdaşı D2 İT-şirkəti çalışıb.
ətraflı >>

8 Jul 2018 8 iyul Rusiyada poçtun yarandığı gündür
Rusiyada hər il iyulun ikinci bazar günü qeyd olunan poçt rabitəsi işçilərinin peşə bayramıdır. Rusiya poçtunun tarixi min ildən artıqdır. Poçt haqqında qeydlərə min il əvvəlki yazılı abidələrdə rast gəlinir, lakin dövlət nizamlı poçt rabitəsi Böyük Pyotrun islahatlarından başlanır.
ətraflı >>



Alış Satış
1.9500 1.9800
1.6990 1.7025
0.0244 0.0255
GBP 2.1650 2.2150
SDR 1 SDR 2,3617