Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
Artıq "Azərpoçt" MMC-nin internet səhifəsi üzərindən müxtəlif kommunal, mobil, stasionar telefon, kabel TV və internet provayderlərin ödənişlərini həyata keçirə bilərsiniz.
   Online Ödəmələr
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
Rəhbərlik

Bəybalayev Qəmbər Bəylər oğlu - Baş direktor

01.03.1957-ci ildə Azərbaycan Respublikasının Quba rayonunun Əlik kəndində anadan olmuşdur. 1973-cü ildə orta məktəbi bitirdikdən sonra Çingiz İldrım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatik elektrik rabitəsi” ixtisası üzrə “elektrotexnika” fakultəsinə daxil olmuşdur.1978-ci ildə həmin institutu bitirərək təyinatla Respublika Elektrik Rabitəsi və Radiolaşdırma Qovşağında İstehsalat xüsusi ölçmə labaratoriyasında mühəndis, böyük mühəndis vəzifələrində işləmişdir. 1983-1985 ci illərdə hərbi xidmətdə olmuşdur. Kapitan rütbəsindədir.1985-1988-cı illərdə Respublika Elektrik və Radiolaşdırma Qovşağının İstehsalat Xüsusi ölçmə labaratoriyasının  rəisi, 1988-1997-ci illərdə "Rayon Rabitəsi" İstehsalat Birliyinin baş mühəndisi, 1997-1998 ci illərdə “Aztelekom”İB nin baş direktor müavini , baş mühəndisi, 27.04.1998- 23.04.2001-ci il tarixədək isə "Aztelekom" İB-nin baş direktoru vəzifəsində işləmişdir.   2001-ci ildən hal hazıradək "Azərpoçt" MMC nin Baş direktoru vəzifəsində çalışır. 2002-ci ilin yanvar ayının 28-də Rabitə Nazirliyi tərəfindən "Rabitə Ustası" adına layiq görülmüşdür. 13 noyabr  2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə  texnika   elmləri   namızədi alimlik dərəcəsi almışdır. 2008ci ildən Azərbaycan Texniki Unverstetinin  “Coxkanall telekommunikasiya sistemləri kafedrasının  dossentdir.Bir dərs vəsaitinin,   dörd kitabın, beş ixtira üzrə  patentin və 45 texniki   məqalənin müəllifidir. 1988 ci ildən   Azərbaycan  Respublikasının Baş Naziri   A. Rəsizadənin müvafiq   sərəncamı ilə  hal hazıra qədər  Rabitə  və  İnformasiya Texnologiyaları    Nazirliyinin Kollegiya üzvüdür. Rabitə və  İnformasiya Texnologiyaları  Nazirliyi tərəfindən rabitə sahəsində səmərəli   fəaliyyətinə   görə dəfələrlə Fəxri fərmanlarla təltif edilmişdir.

1988-1993-ci  illərdə   Dağlıq  Qarabağ və  onun ətraf rayonlarında rabitə əlaqəsinin yaradılmasında bilavasitə iştirak etmişdir. Müharibə veteranıdır.     01.12.2011-ci il    tarixində  uzun  müddət rabitə    sahəsində səmərəli  fəaliyyəti ilə əlaqədar olaraq  Azərbaycan Respublikası  Prezidentinin fərmanı ilə "Əməkdar mühəndis" adına  layiq görülmüşdür. H.Z.Tağıyev adına mükafatın laureatıdır.  2013 ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akadamiyasının “Fəxri Professoru” diplomuna layiq görülmüşdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir.

 

Süleymanov Nazim Süleyman oğlu - Maliyyə xidmətləri üzrə BDM

06.04.1958-ci ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Cəbrayıl qəsəbəsində anadan olmuşdur. 
1975-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması ixtisası üzrə təsərrüfatın iqtisadiyyatı və planlaşdırılması fakultəsinə daxil olmuşdur. Əmək fəaliyyətinə 1975-ci ildə fəhlə kimi başlamışdır.
1993-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankında baş iqtisadçı, Azərbaycan Sənaye-İnvestisiya Səhmdar Kommersiya Bankında aparıcı iqtisadçı, idarə rəisinin müavini, Beynəlxalq bank əməliyyatları idarəsinin rəisi, Beynəlxalq bank əməliyyatları departamentinin direktoru, Birləşmiş İnvestisiya Səhmdar Bankında Beynəlxalq əməliyyatlar departamentinin direktoru, Birləşmiş Universal Səhmdar Bankında Əməliyyatlar blokunun baş direktoru, "AtaBank" Açıq Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müavini vəzifələrində işləmişdir.
2006-cı ildən hal hazıradək "Azərpoçt" DM-nin Baş direktor müavini vəzifəsində çalışır.
27.12.2012-ci ildə RİTN-nin 342 saylı əmrinə əsasən  "Rabitə Ustası" adına layiq görülmüşdür.

Kazımov Sübhan Kazım oğlu - Poçt xidmətləri üzrə BDM

01.04.1966-cı ildə Ermənistan Respublikasının Basarkeçər rayonun Dərə kəndində anadan olmuşdur. 
1983-1990-cı illərdə Çingiz İldrım adına Azərbaycan Politexnik İnstitutunun elektron hesablayıcı maşınları ixtisası üzrə hesablama fakultəsinin əyani şöbəsində təhsil almışdır.
Əmək fəaliyyətinə 1991-ci ildə mühəndis-elektrik vəzifəsindən başlamışdır.
1992-1993-ci ildə "Proqress" firmasında sex rəisi, Baş direktor, 1993-1998-ci illərdə BMQ zavodunda baş mexanik, 1998-2002-ci illərdə "Alo İnform" şirkətində Texniki şöbənin rəisi vəzifələrərində işləmişdir.
09.10.2002-ci ildən "Azərpoçt" DM-də Texniki şöbənin rəisi, 07.07.2004-cü ildən hal-hazıradək "Azərpoçt" DM-nin Baş direktor müavini vəzifəsində çalışır.                                                                                                                                                                                                            04.12.2012-ci ildə RİTN-nin 300 saylı əmrinə əsasən  "Rabitə Ustası" adına layiq görülmüşdür.
 

 

Qədimov Həsənəli Hüseynəli oğlu - Maliyyə məsələləri üzrə BDM

25.02.1942-ci ildə Azərbaycan Respublikasının Ağstafa rayonun Poylu kəndində anadan olmuşdur.
Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə olaraq başlamışdır.
1965-ci ildə Çingiz İldrım adına Azərbaycan Politexnik İnstitutunun Avtomobil nəqliyyatı ixtisası üzrə mexanika fakutəsinin qiyabi şöbəsinə daxil olmuşdur. 1973-ci ildə həmin institutu bitirərək Poylu sovxozunda Baş mühəndis-mexanik, sovxoz direktoru işləmişdir.
1990-1991-ci illərdə Ağstafa rayon XDS İcra komitəsinin sədri, 1992-1995-ci illərdə Poylu sovxozunun direktoru, 1995-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir.
2004-cü ildən "Azərpoçt" DM-də Nəqliyyat şöbəsinin rəisi, 2006-cı ildən hal-hazıradək Baş direktor müavini vəzifəsində çalışır.
 

  Bayramov Rəsul Lətif oğlu - Baş direktor müavini

23.09.1961-ci ildə Azərbaycan Respublikası Qəbələ Rayonunda anadan olmuşdur.

1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyatın planlaşdırılması fakultəsini bitirmişdir.Əmək fəaliyyətinə 1983 -cü ildə başlamış və YPTK-da usta, 1985-ci ildə Azəreneji tikinti idarəsində mühəndis, 1988-ci ildə Qəbələ konserv zavodunda hüquqşünas, 1990-cu ildə Qəbələ 172-TCMD-də iqtisadçı, 1992-ci ildə Qəbələ Rayonu Təqaüd fondunda baş mütəxəssis, 1992-ci ildə Azərittifaq Ticarət Təchiz Bazasında əmtəəşünas vəzifələrində çalışmışdır.1993-1994-cü illərdə Əmanət bankında baş iqtisadçı, 1994-1996-cı illərdə Dövlət Vergi müfəttişliyində böyük vergi müfəttişi, 1996-1999-cu illərdə Əmanət bankında rəis müavini, 2007-2009-cu illərdə Sumqayıt Elektrik şəbəkəsində rəis müavini, 2009-2011-ci illərdə Zamin bankda şöbə rəisi vəzifələrində çalışıb.04.10.2011-ci ildən "Azərpoçt" MMC-də Baş direktor müavini vəzifəsində çalışır. 

 

 

Nurəliyev Elşad Balaxan oğlu - Baş direktor köməkçisi

26 may 1962-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri A.Şaiq adına 54 saylı orta məktəbdə başa vurduqdan sonra, 1979-cu ildə Bakı Rabitə Elektrotexnikumuna daxil olmuşdur. Oxuduğu müddətdə "Komsomol" gənclər təşkilatının sədri seçilmişdir. 1982-ci ildə Bakı Rabitə Elektrotexnikumunu "çoxkanallı elektrik rabitəsi" ixtisası üzrə bitirmişdir. 2004-cü ildən rabitəçi kimi təhsilini davam etdirmək məqsədilə Ukrayna Respublikası A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasına daxil olmuşdur. 2008-ci ildə həmin Akademiyanın magistraturasını İdarəetmə Menejmenti ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1984-cü ildə rabitə sahəsində İstehsalat ölçmə labaratoriyasında mühəndis kimi başlamışdır. 1989-1993-cü illərdə "Rayon Rabitəsi" İstehsalat Birliyində böyük metodist, metodist, mühəndis, rəis müavini, 1997-ci ilin yanvar ayından "Aztelekom" İB-də mühəndis, Baş direktor köməkçisi vəzifələrində işləmişdir. 2001-ci ilin may ayından isə "Azərpoçt" DM-də baş direktorun köməkçisi vəzifəsində çalışır.
Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə.Abbasov tərəfindən Azərbaycan Respublikası telefon rabitəsinin yaradılması münasibəti ilə rabitə sahəsində səmərəli fəaliyyətinə görə "Fəxri fərman"la təltif edilmişdir.
  Gəncədə keçirilmiş İnformasiya Texnologiyaları üzrə Beynəlxalq Elmi Praktiki konfransda iştirak etmişdir. Yeddi elmi məqaləsi dərc edilmişdir (4 poçt rabitəsi üzrə, 2 menecment və 1 siyasi məqalə).                                                                                                                                          08.10.2009-cu ildə RİTN-nin 247 saylı əmrinə əsasən  "Rabitə Ustası" adına layiq görülmüşdür.

 

Əfəndiyev Vüqar Sabir oğlu - Mühasibat uçotu və hesabat şöbəsi - Rəis

01.09.1978-ci ildə Qax rayonu Qorağan kəndində anadan olmuşdur. Orta təhsilini Qax rayonu Qorağan kənd orta məktəbində 1994-cü ildə başa vurduqdan sonra, həmin ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olmuşdur. Həmin İnstitutun Dövlət və bələdiyyə idarəetməsi fakultəsini "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. 
Əmək fəaliyyətinə rabitə sahəsində 1998-ci ildən Qax Poçtamtında iqtisadçı kimi başlamışdır. 1999-2002-ci illərdə Yasamal poçtamtı, "Azərekspresspoçt" RM iqtisadçı, Səbail poçtamtında iqtisadçı, Proqramlaşdırma və marketinq şöbəsinin rəisi, Maliyyə və Uçot şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

2008-ci ildən Yeni Azərbaycan Partiyasının Səbail rayonu Azərpoçt ərazi təşkilatının sədri vəzifəsində çalışır.
2002-ci ilin aprel ayından "Azərpoçt" DM-nin Mühasibat Uçotu şöbəsinin rəis müavini vəzifasində işləmişdir. 2007-ci ilin avqust ayından "Azərpoçt" DM-nin Mühasibat Uçotu və Hesabat şöbəsində rəis müavini, 2008-ci ilin yanvar ayından isə şöbə rəisi vəzifəsində çalışır.
 

Səfərov Bəhrəm İbrahim oğlu - Hüquq şöbəsi - Rəis

02 mart 1954-cü ildə Beyləqan rayonunda anadan olmuşdur, Ali təhsillidir. 1982-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. 1972-1974-cü illərdə Orduda ,1975-2000-ci illərdə isə Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. Azərbaycan Müharibə veteranıdır, ailəlidir.
Daxili İşlər Orqanlarından təqaüdə göndərildikdən sonra 2000-ci ildən Azərpoçt MMC-nin 2 saylı Poçt Filialında hüquqşünas , Azərpoçt MMC-nin Hüquq şöbəsində hüquqşünas və hüquq şöbəsinin rəıs müavini vəzıfələrində əmək fəaliyyətini davam etdirmişdır.
01.02.2011- ci ildən “Azərpoçt” MMC-də Hüquq şöbəsinin rəisi vəzifəsində çalışır.  

 

Məmmədov Rauf Əliməmməd oğlu - Əsas vəsaitlərin idarə olunmasi şöbəsi - Rəis

16.08.1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri Yasamal rayonu 158 saylı orta məktəbdə almışdır. 1980-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuş və oranı sənaye və mülki tikinti ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1979-cu ilin dekabr ayından suvaqçı kimi başlamışdır. 1984/86-da "OPSMZ" zavodunda mühəndis, 1986/1990-da Rabitə nazirliyi T.M.M-də mühəndis, 1990/97-də Bakı şəhər MTİB-nin TMM mühəndisi, Baş mühəndis, Səbayel raonu MTKB mühəndisi, Baş mühəndis, 1997/98-də Rayonlararası TTT-nin 1 saylı TTİ-də rəis vəzifələrində işləmişdir.
1998-ci ildən "Azərpoçt" DM-də mühəndis, rəis müavini, 2007-ci ilin avqust ayından isə Əsas vəsaitlərin idarə olunması şöbəsinin rəisi vəzifəsində çalışır.
 04.12.2012-ci ildə RİTN-nin 300 saylı əmrinə əsasən  "Rabitə Ustası" adına layiq görülmüşdür.

 

Rəhimova Taliyə Salman qızı - Katiblik şöbəsi - Rəis

07.05.1963-cü ildə Ermənistan SSR-in Meğri rayonunun Aldərə kəndində anadan olmuşdur. Orta təhsilini Meğri rayonu Səməd Vurğun adına Aldərə kənd orta məktəbində başa vurduqdan sonra, 1980-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. 1985-ci ildə həmin İnstitutun İstehsalat prosseslərinin avtomatlaşdırılması fakultəsini "mühəndis-sistemotexnik" ixtisası üzrə bitirmişdir.
 Əmək fəaliyyətinə 2002-ci ildən "Azərpoçt" DM-də mühəndis kimi başlamışdır. 2007-ci ilin avqust ayından isə "Azərpoçt" DM-nin Katibliyinin rəisi vəzifəsində çalışır.

 

Nəsirova Sevil Çingiz qızı - İnsan Resursları şöbəsi - Rəis

15.05.1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri Yasamal rayonu 199 saylı orta məktəbi bitirmişdir. 1974-cü ildə Bakı Rabitə Elektrotexnikumuna daxil olmuşdur.1976-cı ildə Bakı Rabitə Elektrotexnikumunun Rabitənin Planlaşdırılması fakultəsini "Rabitə müəssisələrində planlaşdırma" ixtisası üzrə bitirmişdir. 1980-ci ildən rabitəçi kimi təhsilini davam etdirərək Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1986-cı ildə həmin institutun Avtomatik Elektrik Rabitəsi fakultəsini "elektrik rabitə mühəndisi" ixtisası ilə bitirmişdir.
Əmək fəaliyyətinə rabitə sahəsində 1974-cü ilin aprel ayından elektromontyor kimi başlamışdır. 1974-1986-cı illərdə - Yasamal TKQ-də elektromontyor, böyük elektromexanik, 1986-cı ilin noyabr ayından "Azərpoçt" DM-də mühəndis, Təşkilati İşlər Şöbəsinin rəis müavini, rəisi, KŞ-nin rəisi vəzifələrində işləmişdir. 2007-ci ilin avqust ayından isə "Azərpoçt" DM - nin İnsan Resursları şöbəsinin rəisi vəzifəsində çalışır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən rabitə sahəsində səmərəli fəaliyyətinə görə dəfələrlə Fəxri fərman-la təltif edilmişdir.    08.10.2009-ci ildə RİTN-nin 247 saylı əmrinə əsasən  "Rabitə Ustası" adına layiq görülmüşdür.
 

 

Həsənzadə Aqşin Zahid oğlu - Büdcə və proqnozlaşdırma şöbəsi - Rəis

11.04.1974-cü ildə Yevlax şəhərində anadan olmuşdur. Orta təhsilini Yevlax şəhəri S.Vurğun adına 5 saylı orta məktəbdə başa vurduqdan sonra, 1991-ci ildə Azərbaycan Neft Akademiyasına daxil olmuşdur. 1996-cı ildə Azərbaycan Neft Akademiyasının "Kimya-meşə kompleks sahələrində iqtisadiyyat və idarəetmə" fakültəsini "mühəndis-iqtisadçı" ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1997-ci ildə Bakı şəhəri İcra hakimiyyəti Xarici əlaqələr Baş idarəsi nəzdində Dipkorpusa və xarici nümayəndəliklərə xidmət göstərən Müdriyyət "İnterservis" maliyyə-iqtisad və hüquq şöbəsində mütəxəssis kimi başlamışdır. 1997.98-də "İstinvestments" LTD məhdud məsuliyyətli müəssisədə mühasib, 1998/2004-də Nəsimi rayonu Maliyyə İdarəsində Xəzinə əməliyyatları şöbəsində aparıcı-iqtisadçı vəzifələrində çalışmışdır.
2004-cü ilin iyul ayından "Azərpoçt" DM-nin Maliyyə, İqtisadiyyat və Proqnozlaşdırma şöbəsində iqtisadçı, daha sonra rəisi vəzifəsində işləmişdir. 2007-ci ilin avqust ayından isə "Azərpoçt" DM-nin Büdcə və Proqnozlaşdırma şöbəsində rəis vəzifəsində çalışır.
 

 

Rəhmanov Adil Talıb oğlu - Poçt marketinqi şöbəsi - Rəis

1968-ci ildə Tovuz rayonunun Çataq kəndində anadan olmuşdur. 1985-ci ildə orta məktəbi bitirmişdir. Həmin ildə Bakı şəhərində Rabitə Texnikumuna daxil olmuşdur. 1989-cu ildə Texnikumun "Poçt Rabitəsi" ixtisası üzrə tam kursu bitirmişdir.
Əmək fəaliyyətinə 1990-cı ildə Rabitə Nazirliyinin təyinatı ilə Poçt Rabitəsi İstehsalat Birliyində gənc mütəxəssis kimi başlamışdır. 1991-ci ildə Rabitə Nazirliyinin Poçt Rabitəsi şöbəsində böyük dispetçer vəzifəsində işləmişdir. 1997-ci ildən "Azərpoçt" DM-də Poçt Daşıma şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1998-ci ildə Poçtun Təşkili və İstismarı şöbəsində mühəndis vəzifəsinə təyin edilmişdir. 2004-2007-ci ildən "Azərpoçt" DM-nin Xidmətlərin Təşkili və Normativ Sənədlərin Hazırlanması və Reklam Kommersiya şöbələrinə rəis vəzifəsinə təyin edilmişdir. 2007-ci ilin avqust ayından "Azərpoçt" DM-nin Poçt Marketinqi şöbəsində rəis vəzifəsində çalışır.
"Azərpoçt" DM-də nailiyyətlərin əldə olunmasında fəal iştirakına ğörə 24.03.2005-ci ildə "Fəxri fərmanla" təltif olunmuşdur.                             07.10.2011 - ci ildə  RİTN-KƏMS 264 əmrinə əsasən   "Rabitə Ustası" adına layiq görülmüşdür.

 

 Qalayev Novruz Zahir oğlu - Keyfiyyətə nəzarət şöbəsi - Rəis

02.10.1954-cü ildə Ermənistan SSR-in Ararat rayonunun Şidli kəndində anadan olmuşdur.
1971-ci ildə Şidli kənd orta məktəbini bitirmişdir. 1975-ci ildə Yerevan Dövlət Pedoqoji İnstitutuna daxil olmuşdur. 1979-cü ildə həmin İnstitutun "Filologiya" fakultəsinin "Azərbaycan dili və ədəbiyyat müəllimi" ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1971-ci ildə kolxozçu kimi başlamışdır. Rabitə sahəsində 1989-cu ildən işləyir. 2001-ci ilin sentyabr ayından "Azərpoçt" DM-nin Poçtun Təhlükəsizliyi və Keyfiyyətə Nəzarət şöbəsinin rəisi vəzifasində, 2007-ci ilin avqust ayından isə Keyfiyyətə Nəzarət şöbəsinin rəisi vəzifəsində çalışır.
Rabitə sahəsində yüksək nailiyyətlərin əldə olunmasında böyük əməyinə və fəal iştirakına ğörə 06.12.2007-ci il tarixli 215 saylı əmrlə Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin "Fəxri fərmanı" ilə təltif olunmuşdur.                                                                                                      04.12.2009- ildə RİTN KƏMS-305 əmrinə əsasən  "Rabitə Ustası" adına layiq görülmüşdür. 

Səmədov Nüsrət Səməd oğlu - Poçt Analiz şöbəsi - Rəis
 
16 avqust 1960-cı ildə Dəvəçi rayonunun Sumaqova kəndində anadan olmuşdur. 1977-ci ildə Dəvəçi rayonunun Pirəbədil kənd orta məktəbini bitirmişdir. 1977-ci ildə Moskva Elektrotexnika Rabitə İnstitutuna daxil olmuş və 1982-ci ildə həmin institutun “Rabitə müəssisələrinin avtomatlaşdırılması” fakültəsini bitirərək, poşt sahəsi üzrə mühəndis-elektromexanik ixtisası almışdır. Əmək fəaliyyətinə 1982-ci ilin avqust ayında Bakı Dəmiryolyanı Poçtamtında (indiki Poçt Daşıma Mərkəzində) mübadilə sahəsinin rəis müavini kimi başlamış, sonralar həmin müəssisədə mexanikləşdirmə sahəsinin mühəndisi, böyük mühəndis, 1-ci dərəcəli mühəndis vəzifələrində çalışmışdır. 1998-ci ildən Poçt Daşıma Mərkəzinin baş mühəndisi, 2010-cu ildən isə rəis müavini vəzifələrində fəaliyyətini davam etdirmişdir.
2010-cu ilin sentyabr ayından “Azərpoçt” MMC-nin Poçt Analizi şöbəsinin rəisi vəzifəsində çalışır.
2007-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirinin əmri ilə “Rabitə ustası”, 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adlarına layiq görülmüşdür.
 

 Muşayev Alı Osman oğlu - Poçt əməliyyatları şöbəsi - Rəis

25.04.1974-ci ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Orta təhsilini Ağstafa rayonunun Qıraq Kəsəmən kənd orta məktəbində başa vurduqdan sonra, 1991-ci ildə Bakı Rabitə Kollecinin daxil olmuşdur.
1992-cı ildə hərbi xidmətə çağırılmışdır.
1992-1993-cü illərdə vətən uğrunda Laçın, Qubadlı və Füzuli rayonlarında gedən ağır döyüşlərdə iştirak etmişdir. 1993-cü ildə Füzuli rayonunun müdafiəsi zamanı yaralanaraq hərbi xidmətdən tərxis olunaraq Rabitə Kollecində təhsilini davam etdirmişdir. 1994-cü ildə həmin kolleci "poçt rabitəsi üzrə mühəndis" ixtisası üzrə bitirərək rabitə sahəsində çalışmağa başlamışdır.
 "Azərpoçt" DM-də işlədiyi müddətdə mühəndis, iqtisadçı, rəis müavini vəzifələrində çalışmışdır. Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə.Abbasov tərəfindən 06.12.2006-cı il tarixdə KƏMS-268 saylı əmrlə "Fədakar rabitəçi" fəxri adına layiq görülmüşdür. 2007-ci ilin avqust ayından isə Poçt əməliyyatları şöbəsinin rəisi vəzifəsində çalışır.

 

İsmayılov Oqtay Adil oğlu - İnzibati şöbəsi - Rəis

12.09.1972-ci ildə Ermənistan SSR-in Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olmuşdur.
1989-cu ildə Qızıl Şəfəq kədində orta məktəbi bitirmişdir. 1989-cu ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutun Filologiya fakultəsinə daxil olmuşdur. Oxuduğu müddətdə Rabitə Nazirliyinin Hərbiləşmiş Mühafizə İdarəsində işləmişdir.
Əmək fəaliyyətinə 1994-ci ildən Rayon Rabitəsi İstehsalat birliyində təsərrüfat müdiri kimi başlamışdır. 1997-ci ilin yanvar ayında Xarici Əlaqələr şöbəsində rəis vəzifəsidə çalışıb. 1998-ci ildən "Azərpoçt" DM-də Təsərrüfat şöbəsinin rəisi işləmişdir. 2007-ci ilin avqust ayından İnzibati şöbəsinin rəisi vəzifəsində çalışır.                                                                                                                                                                   07.10.2011 - ci ildə  RİTN-KƏMS 264 əmrin əsasən   "Rabitə Ustası" adına layiq görülmüşdür.

 

Hüseynov Fərid Şamo oğlu - Əməliyyatlar şöbəsi - Rəis 

20.05.1988-ci  ildə Bakı şəhərində anadan olmuşdur.Orta təhsilini Bakı şəhəri Sabunçu rayonu 271 saylı orta məktəbdə almışdır. Orta təhsilini başa vurduqdan sonra  2005-ci ildə Xəzər Universitetinin Maliyyə və Kredit fakultəsinə daxil olmuş və 2009-cu ildə  həmin Universiteti fərqlənmə ilə bitirmişdir. Əmək fəaliyyətinə 2009-cu ilin iyun  ayında "Azərpoçt" MMC-də iqtisadçı kimi başlamışdır. 2010-cu ilin iyul ayından "Azərpoçt" MMC-nin  Əməliyyatlar şöbəsinin rəis müavini, 2012-ci ilin fevral ayından "Azərpoçt" MMC-nin Əməliyyatlar şöbəsinin rəisi vəzifəsində çalışır. 



 
Əhmədov Yaşar Rəsul oğlu - Maliyyə Xidmətləri Marketinqi şöbəsi - Rəis
 
03.08.1966-cı  ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə  Azərbaycan Dövlət Texniki Universitetini, 2007-2009- cu ildə  Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə Kredit ixtisasi üzrə  fərqlənmə ilə başa vurmuşdur.
1993-2009-cü illərdə Azərbaycan Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankında aparıcı-mühəndis proqramçı, Birləşmiş Universal Səhmdar Kommersiya Bankında baş-mühəndis proqramçı, baş-iqtisadçı, Kapital Bankda Hesablaşmalar Departamentində baş mütəxəssis vəzifələrində çalışmışdır.
2010-cu ildə "Azərpoçt" MMC-nin 7 saylı PF-sində Müştəri Xidmətləri şöbəsinin rəisi, 2011-ci ildə isə 6 saylı PF-nin  Müştəri Xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 
23.08.2011-ci ildən  "Azərpoçt" MMC – nin Maliyyə Xidmətləri Marketinqi şöbəsinin rəisi vəzifəsində çalışır.
 

Cəfərov Fərid Fərrux oğlu - Plastik kartlar şöbəsi - Rəis

31.03.1984-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə orta məktəbi bitirib. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və Kredit” ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2004-2006-cı illərdə həmin universitetin magistr pilləsini  bitirmişdir.
Əmək fəaliyyətinə 03.03.2008-ci ildə “Azərpoçt” DM-nin Xəzinədarlıq şöbəsində İqtisadçı kimi başlamışdır. 03.08.2009-02.04.2011-ci il tarixdə "Azərpoçt" MMC-nin Maliyyə Xidmətləri Marketinqi şöbəsinin rəisi vəzifəsində çalışıb. Hal-hazırda "Azərpoçt" MMC-nin Plastik kartlar şöbəsinin rəisi vəzifəndə çalışır.

Nəsibova Sevil Səməd qızı - Ödəniş Xidmətləri şöbəsi - Rəis

1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə rabitə sahəsində 1995-ci ildən başlamışdır. Orta təhsilini Yasamal rayonu 20 saylı litsey-məktəbdə almışdır. 2006-cı ildə  Ukrayna Respublikası A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasına daxil olmuşdur və rabitə müəsissələrinin iqtisadıyyatı ixtisası ilə magistr dərəcəsi ilə bitirmişdir.

İşlədiyi müddətdə mühasib-xəzinədar, kadrlar şöbəsinin rəisi vəzifələrində işləmişdir. 2002-ci ildən "Azərpoçt" DM-də İnsan Resursları şöbəsində mühəndis vəzifəsində çalışmışdır. 2007-ci  ildən isə Mühasibat Uçotu və Hesablaşma şöbəsində mühasib, 01.04.2009-cu ildən isə Ödəniş Xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışır.

02.12.2011- ci ildə RİTN 200 əmrinə əsasən   "Rabitə Ustası" adına layiq görülmüşdür.

Vəliyev Elman Səlim oğlu - İnformasiya Texnologiyaları şöbəsi - Rəis

06.12.1966-cı ildə Şəki şəhərində anadan olmuşdur. Orta təhsilini Şəki şəhəri 10 saylı orta məktəbdə başa vurduqdan sonra 1983-cü ildə Bakı Dövlət Universitetinə daxil olmuşdur. 1987-ci ildə Bakı Dövlət Universitetin tədbiqi riyaziyyat fakultəsini riyaziyyatçı ixtisası üzrə əyani olaraq magistr dərəcəsi ilə bitirmişdir.
  Əmək fəaliyyətinə 1990-cı ilin sentyabr ayında mühəndis-proqramçı kimi başlamışdır. Rabitə sahəsində 1999-cu ildən işləyir. 2002-ci ilin avqust ayından "Azərpoçt" DM-nin İnformatika və Məlumat Texnologiyası şöbəsinin rəisi, 2007-ci ilin avqust ayından isə İnformasiya Texnologiyaları şöbəsinin rəisi vəzifəsində çalışır.                                                                                                                                                   10.12.2010- cu ildə RİTN 200 əmrinə əsasən   "Rabitə Ustası" adına layiq görülmüşdür.

 

Babayev Qalib Mömin Oğlu - Şəbəkənin idarə olunması şöbəsi - Rəis

01.10.1952-ci ildə Quba şəhərində anadan olub. 1971-ci ildə orta məktəbi bitirib, Azərbaycan Politexnik İnstitutuna daxil olub. 1976-cı ildə həmin institutun Elektrotexnika fakultəsini bitirib. 1973-ci ildə Bakı Şəhərlərarası telefon stansiyasında elekrik mantyoru və elektrik mexaniki işləmişdir. 1980-1990-cı ilə qədər Bakı Poctamptında bir sıra PŞ-də rəis vəzifəsində işləyib. 1990-cı ildən Abşeron Rabitə Qovşağının, 1996-cı ildən isə Abşeron Poçtamtının rəisi vəzifəsində işləyib. 2004-2007-ci ilə kimi "Azərpoçt" DM-nın 4 saylı PF-nin rəsi vəzifəsində işləyib.
20.11.2007-ci il tarixdən "Azərpoçt" DM-də ŞİOŞ-un rəisi vəzifəsində çalışır.                                                                                                      04.12.2009- ildə RİTN KƏMS-305 əmrinə əsasən  "Rabitə Ustası" adına layiq görülmüşdür.

Gözəlov Gündüz Maxsud oglu-Xəzinədarlıq şöbəsi - Rəis

01.11.1979-cu ildə Beyləqan rayonunda anadan olmuşdur. 1996-cı ildə S.İmrəliyev adına Bahar qəsəbə orta məktəbi bitirmişdir. 1996-cı ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən "Qazi" universitetinin "İqtisadi və idarəetmə" ixtisasına qəbul olmuşdur. 1998-ci ildə Azərbaycan Respublikasının Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna köçürülmüşdür. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İnzibati İdarəetmə" fakultəsinin "Dövlət və Bələdiyyə idarəetməsi"ixtisası üzrə bakalavr pilləsini, 2003-cü ildə isə magistr pilləsini başa vurmuşdur.
Əmək fəaliyyətinə 2005-ci ildə "Zaminbank"-da xəzinadar kimi işə başlamışdır. 2006-cı ildə ŞÜA MMC-də kassir vəzifəsində çalışıb.
2007-ci il noyabr ayından "Azərpoçt" DM-in Xəzinadar şöbəsində iqtisadçı vəzifəsinə qəbul edilib.
20.05.2008-ci ildən Xəzinədarlıq şöbəsinin müdiri vəzifəsində çalışır.

Dünyamalıyev Rauf Dünyamalı oğlu - Risklərin idarə edilməsi şöbəsinin rəisi

05.06.1985-ci ildə Goranboy rayonunda anadan olub.Orta məktəbi 1991-2002-ci illərdə Goranboy rayonunda bitirib. 2002-2007-ci illərdə Qafqaz Universitetinin İqtisad İdari Bilimlər fakultəsi, Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alıb. 
 Əmək fəaliyyətinə 01.08.2007-ci ildən 31.12.2007-ci ilədək Azərbaycan Resbuplikasının Milli Bankında Kredit təşkilatlarına nəzarət departamentinin mütəxəsisi kimi başlamışdır.
01.05.2008-ci ildən "Azərpoçt" DM-nin RİEŞ-də iqtisadçı vəzifəsində, 26.11.2008-ci ildən isə RİEŞ-in rəisi vəzifəsində çalışır.


 

Alış Satış
1.0009 1.0309
0.7820 0.7860
0.0199 0.0207
SDR 1 SDR 1,1768