İlk qadının kosmosa uçuşunun 50 illiyinə həsr olunmuş marka buraxılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti dünyanın ilk qadın kosmonavtının kosmosa uçuşunun 50 illiyinə həsr olunmuş suvenir poçt blokunu dövriyyəyə buraxıb.
Macarıstan və Azərbaycana həsr olunan birgə poçt markası buraxılıb
Macarıstan və Azərbaycana həsr olunan birgə poçt markası buraxılıb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.
Artıq vətəndaşlar poçt indeksinə görə küçənin adını “Elektron hökumət” portalı vasitəsilə öyrənə bilərlər
\"Elektron hökumət\" portalında istifadəyə verilən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) \"Poçt indeksinə görə küçənin adının tapılması\" elektron xidməti vətəndaşların işini xeyli asanlaşdırıb.
Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunmuş marka buraxılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin \"Azərmarka\" şirkəti Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin yubileyinə həsr olunmuş poçt markasını təqdim edib.
“Azərpoçt” MMC ilə “Çîëîňŕ˙ Ęîđîíŕ” beynəlxalq pul köçürməsi sistemi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
“Azərpoçt” MMC beynəlxalq pul köçürmələri sistemində fəaliyyətini genişləndirməyə davam edir. “Contact”, “Caspian Money Transfer”, “Western Union”, “Migom” beynəlxalq pul köçürmələri sistemləri ilə əməkdaşlıq edən “Azərpoçt” MMC 01.04.2013-cü il tarixindən “Çîëîňŕ˙ Ęîđîíŕ” beynəlxalq pul köçürməsi sistemi ilə də əməkdaşlıq müqaviləsi imzalamışdır.
Beynəlxalq poçt göndərişləri üzrə xidmət tarifləri dəyişdirilib
Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC beynəlxalq poçt göndərişləri üzrə tariflərində dəyişiklik edib.Dəyişikliklər beynəlxalq poçt göndərişlərinin gömrük nəzarətinə təqdim edilməsinə görə poçt şöbələrində alınan xidmət haqlarına aiddir.
Belçika Poçt Təşkilatı Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı marka təqdim edib
Belçika Poçt Təşkilatı ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş marka təqdim edib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi xəbər yayıb. Səfirlik bildirir ki, Brüsseldə Belçika Poçt Təşkilatı (Bpost) tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış poçt markasının təqdimat mərasimi keçirilib. Mərasimdə səfirliyin və NATO yanında nümayəndəliyimizin əməkdaşları ilə yanaşı, Belçika, Niderland və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, “Ana vətən” Azərbaycanlı Qadınlar Birliyinin üzvləri də iştirak ediblər.
Azərbaycanla Belarus arasında “STEFİ” sürətli pul köçürmələri dövriyyəsinə başlanılıb
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin \"Azərpoçt\" MMC-i Belarus poçt operatoru ilə \"STEFİ\" üzərindən sürətli pul köçürmələrinə başlayıb.
“Azərpoçt”MMC və Təhsil Nazirliyi ölkəmizin məktəbliləri arasında 42-ci beynəlxalq epistolyar inşa müsabiqəsini təşkil etmişdir
“Azərpoçt”MMC və Təhsil Nazirliyi Ümumdunya Poçt İttifaqının xətti ilə 2012-2013-cü illər üzrə ölkəmizin məktəbliləri arasında 42-ci beynəlxalq epistolyar inşa müsabiqəsini təşkil etmişdir.