“Azərpoçt” MMC 2023-cü ili mənfəətlə başa vurub


20.06.2024 1480


“Azərpoçt” MMC-nin əsas fəaliyyət istiqamətlərini poçt və maliyyə xidmətləri təşkil edir. 2023-cü ildə poçt xidmətləri üzrə gəlirlər 22.6 milyon manat, maliyyə xidmətləri üzrə gəlirlər isə 14.8 milyon manat olub. Bundan əlavə, qurum 2023-cü ildə qiymətli kağızlara investisiyaları artırmaqla investisiya portfelini genişləndirib və investisiya fəaliyyətindən gəlirlər 22.2 milyon manat təşkil edib. 2022-ci ildə müvafiq gəlirlər 10.3 milyon manat olub.

 

“Azərpoçt” MMC 2023-cü il üzrə fəaliyyətini uğurla başa vurub. Belə ki, 5.5 milyon manat xalis mənfəət əldə edərək 2022-ci illə müqayisədə xalis mənfəətini 28% artırmağa nail olub.

 

İl sonunda cəmi aktivlər 604.8 milyon manat təşkil edib ki, bunun da 377 milyon manatı cari aktivlərin payına düşür.

 



Onlayn konsultasiya