Akkreditiv -  Satıcı (benefisiar) tərəfindən malların göndərilməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər banka təqdim olunduğu təqdirdə akkreditivdə qeyd olunmuş malların, xidmətlərin dəyərinin benefisiara ödənilməsi barədə bankın öhdəliyidir. Akkreditivin  özəlliyi ondan ibarətdir ki, müqavilədə nəzərdə tutulan bütün şərtlər icra edildikdən sonra ödənişin ödənilməsini mal alan deyil, məhz bank öz üzərinə götürür.

Ticarət əlaqələrində hesablaşma aparılarkən akkreditivdən geniş istifadə olunur.

Akkreditivlərin üstünlükləri:

Alıcı üçün

  • Akkreditivdə nəzərdə tutulan bütün şərtlər icra edilməyənə kimi hesabdan pul vəsaitinin silinməməsi.
  • Akkreditivin şərtlərini müəyyən edir

Satıcı üçün

  • Akkreditivdə  nəzərdə tutulan bütün şərtlər icra edildikdən sonra alıcının maliyyə vəziyyətindən və digər amillərdən asılı olmayaraq  pulunun bank tərəfindən  vaxtında hesaba köçürülməsi.
  • Ticarət əlaqələri zamanı riskin minimallaşdırılması.

Akkreditivlər üzrə göstərdiyimiz xidmətlər

  • Akkreditivlərin açılması, təsdiqi, avizo  edilməsi və transferi
  • Akkreditivlə bağlı sənədlərin qəbulu, yoxlanılması və göndərilməsi
  • Akkreditivin beynəlxalq statuslu bank tərəfindən təsdiqlənməsi
  • Akkreditivin şərtlərinin dəyişdirilməsi(vaxtının uzadılması, məbləğin artırılması, ləğv edilməsi və s.)

Akkreditivlə bağlı bütün əməliyyatlar mövcud olan qanunlar,  “Azərpoçt” MMC-nin  müşahidə şurası tərəfindən təsdiq olunan  tariflər və tərəflər arasında imzalanan müqavilə ilə tənzimlənir.