Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şəhid əməkdaşlarına həsr olunmuş tədbir-sərgi təşkil edilib


17.12.2021 1742


Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinə həsr olunan “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. “Tarix yazanlar, tarixdə yaşayanlar” adlı tədbir-sərgi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şəhid əməkdaşlarına həsr olunub.

 

Mərasimdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış “Aztelekom” MMC-nin əməkdaşı polkovnik-leytenant Nail Orucov, “Azərpoçt” MMC-nin əməkdaşı baş leytenant Rəşad Rəhimov, “Bakı Telefon Rabitəsi” MMC-nin əməkdaşları – əsgər Şəhriyar Qasımov və Nurəhməd Ulubəyov, Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı əsgər Elnur Qarayevin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətlərinə aid olan əşyalar, fotolar, sənədlər nümayiş etdirilib.

 

Tədbirdə şəhidlərimizin ailə üzvləri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və müvafiq qurumların əməkdaşları iştirak ediblər.

 

Sərgi 22 dekabra qədər davam edəcək.



Onlayn konsultasiya