“Azərpoçt” MMC daha bir beynəlxalq səviyyəli sertifikata layiq görüldü


14.05.2020 2149


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin “Azərekspresspoçt” Rabitə Müəssisəsi müştərilərə texniki dəstək xidməti üzrə EMS beynəlxalq mükafatının qalibi olub.

 

Müəssisə Ümumdünya Poçt İttifaqı tərəfindən sertifikata layiq görülüb.

 

2019-cu ilin nəticələri üzrə qaliblər EMS Kooperativi İdarə Heyəti tərəfindən seçilib.

 

“Azərpoçt” MMC-nin “Azərekspresspoçt” Rabitə Müəssisəsi EMS kooperativinin üzvü olan ölkələrdən daxil olan sorğuları operativ və dəqiq cavablandırdığı, eləcə də dünya miqyaslı tərəfdaşlarına ən yüksək səviyyəli xidmət göstərmək öhdəliyini nümayiş etdirdiyinə görə yüksək mükafata layiq görülüb.

 

Əldə olunan nailiyyət bir daha sübut edir ki, “Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqının EMS şəbəkəsi çərçivəsində xüsusi operatorlardan ibarət qrupun bir hissəsinə çevrilməyi bacarıb.

 

Mükafat EMS Kooperativin növbəti Baş Assambleyası zamanı keçiriləcək xüsusi mərasimdə təqdim ediləcək.



Onlayn konsultasiya