Qırmızı Kitaba daxil olan heyvanlar poçt markalarında


17.07.2019 2504


Rusiya Federasiyasının Qırmızı Kitabına daxil olan dörd heyvan dörd poçt markasında təsvir olunub. Markalar iyulun 23-də poçt dövriyyəsinə buraxılacaq. Poçt markalarının üzərində mavi tülkü, qırmızı canavar, ağ üzlü yunus və narval kimi nadir heyvanlar əks olunacaq. 
Elə həmin gün Moskva şəhərləri üçün “İlk gün” zərfi və möhür hazırlanacaq. Bundan əlavə markanın üzərinə xüsusi həkketmə həyata keçiriləcək. 
Hər markanın nominal dəyəri 50 rubl, blokun tiraji isə 55 min nüsxə təşkil edəcək. Poçt vərəqinin ölçüsü 80×80 mm, vərəqə daxil olan poçt markalarının ölçüləri isə 50×50×70 mm təşkil edəcək. Layihə dizayner-rəssam V.Qorbatova məxsusdur.
Qeyd edək ki, "Qırmızı kitab" — məhvolma təhlükəsi altında olan heyvan, bitki və göbələk növləri haqqında məlumat toplanan kitabdır.
 


Onlayn konsultasiya