Bayram günləri də xidmətinizdəyik!


04.06.2019 3234


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC iyun ayının 5-i və 6-sı bayram günləri olması ilə əlaqədar tabeliyində olan poçt şöbələrində növbəli iş rejimi təşkil edib. Həmçinin, Bakı şəhəri Səbayıl rayonu, Üzeyir Hacıbəyli 72-də  yerləşən 1 saylı “Şəbəkə“ xidmət mərkəzi saat 9-dan 18-ə, respublika üzrə fəaliyyət göstərən digər 8 “Şəbəkə” xidmət mərkəzləri:
1. Bakı şəhəri  Xəzər rayonu, Sergey Yesenin 102.
2. Bakı şəhəri  Yasamal rayonu, Hüseyn Cavid pr.19.
3. Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 274.
4. Bakı şəhəri Binəqədi rayonu, İbrahimpaşa Dadaşov 109.
5. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisi, Bakı-Sumqayıt şosesi, 3.
6. Cəlilabad şəhəri H.Əliyev prospekti 270.
7. Zaqatala şəhəri H.Əliyev prospekti 36.
8. Sumqayıt şəhəri 4-cü mikrorayon, Heydər Əliyev 1.
ünvanlarında yerləşən digər “Şəbəkə”lər isə saat  9.00-dan 17.00-a qədər fəaliyyət göstərəcək.
 
Bayram günlərində poçt şöbələrində əhaliyə bütün növ poçt xidmətlərinin göstərilməsi, teleqramların, məktubların, banderolların, bağlamaların xüsusilə də bayram təbriklərinin, əsgər göndərişlərinin, pul köçürmələrinin ünvanı üzrə nəzarət-keçid müddətlərində çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.


Onlayn konsultasiya