Mendeleyev cədvəlinin 150 illiyinə həsr olunan marka


18.03.2019 2336


Martın 19-da beynəlxalq kimyəvi elementlərin dövri sistemi ilinə həsr olunan poçt bloku tədavülə buraxılacaq.

Poçt blokunun önündə Dmitri Mendeleyevin portreti yer alıb. Bundan əlavə Mendeleyevin yaratdığı kimyəvi elementlərin dövri sistemi, "Nemetts" firmasına məxsus olan tərəzi (1895) və Mendeleyevin mineral kristal kolleksiyasından olan qaya kristalı öz əksini tapacaq.

Bu orijinal poçt bloku rəssam-dizayner A. Povarixina məxsusdur. Blokun nominal dəyəri 80 rubl, tiraji isə 4 min nüsxə nəzərdə tutulub. Poçt blokunun ölçüləri 110×75 mm, blokda olan markanın ölçüləri isə 30×42 mm təşkil olunacaq.

Dmitri Mendeleyev Rusiya alimi və ictimai xadimi, kimyaçı, fizik, iqtisadçı, texnoloq, geoloq, meteoroloq, pedaqoq, ensiklopediyaçı, kimyəvi elementlərin dövri cədvəlinin yaradıcısıdır. Меndeleyev kristallarda izofirizm halını tədqiq edib, birləşmələrin kristal forması ilə kimyəvi tərkibi arasında əlaqəni müəyyənləşdirib, eləcə də kimyəvi elementlərin xüsusiyyətlərinin onların atom kütləsindən asılılığını kəşf edib.

Qeyd edək ki, bu il beynalxalq kimyəvi elemetlərin dövri sisteminin yaranmasından 150 il ötür və bu münasibət ilə 2019-cu il BMT Baş Assambleyası tərəfindən Beynəlxalq kimyəvi elemenlərin cədvəli ili elan edilib.



Onlayn konsultasiya