Müsabiqə bitti


14.03.2019 486


Yanvar-fevral aylarında keçirilən “Belarusiya Respublikasının ən yaxşı poçt markası” müsabiqəsi başa çatıb.

Müsabiqəyə 1144 anket təqdim edilib. Səsvermə nəticəsində ən maraqlı poçt markaları və blokları müxtəlif yerlərə layiq görülüb.

Birinci yerin sahibi 270 səslədizaynı Elena Medvedevaya məxsus "XXI əsrin İkonografi" adlı poçt bloku olub. İkinci yerdə qərarlaşan poçt markasi isə 179 səsləDaria Domracheva, Dinara Alimbekova, İrina Krivko, Nadejda Skardino kimi məşhur Olimpiya çempionlarına həsr olunan poçt markasıdır. Poçt markasının dizayneri Evqeniy Bedonikdir.

Üçüncü yerə layiq görülən poçt markası "Piter Masherovun doğulmasından 100 il" adlı poçt blokudur, o 147 səslə qalib olub. Bu blokun dizayneri Evqeniy Bedonik, rəssamı isə Tatyana Dolskayadır.

Səsvermədə qaliblər mövzu müxtəlifliyi ilə seçilən minlərcə poçt markaları arasından müəyyən olunub. 



Onlayn konsultasiya