ABŞ Poçtu elektriklə çalışan yük maşınları aldı


12.02.2019 2695


ABŞ poçt xidməti Kaliforniyada müştərilərə xidmət göstərməsi üçün yeddi elektrikli furqon alıb. Gələcəkdə eyni mikroavtobuslardan başqa ştatlarda da istifadə edilməsi planlaşdırılır.

Bu yük maşınları bir doldurmadan sonra 150 km-dək səyahət edə və sürətlərini 100 km/saata qədər artıra bilirlər.

ABŞ Poçt adminstrasiyasının məqsədi yanacağa qənaət və müasir texnikadan istifadə etməklə xidmət keyfiyyətini artırmaqdır. Avtomobillərdən ilk növbədə Kaliforniyanın San-Xoakin rayonunda istifadə edilib, çünki adıçəkilən rayon çirkli havanın müşahidə olunduğu əsas bölgələrdəndir.

ABŞ Poçt adminstrasiyasının atdığı bu addım “California Climate Investments” ictimai proqramı çərçivəsində həyata keçirilib. Elektrikli avtomobillərdən istifadə ekologiyası xüsusi çirklənmiş ərazilərdə əhalinin sağlamlığının qorunması istiqamətində atılan vacib addımlardan sayılır. Eyni zamanda iqtisadiyyatın möhkəmləndirilməsinə, əhalinin sağlamlığının və ətraf mühitin qorunmasına milyardlarla dollar  xərcləyən “California Climate Investments” ictimai proqramına dəstəkdir.



Onlayn konsultasiya