İspaniyanın dövlət poçt xidməti gəlirlərini artırmağı planlaşdırır


08.02.2019 239


İspaniyanın dövlət poçt xidməti “Correos” gəlirlərini artırmağı planlaşdırır. Bunun üçün 2019-cu ildə şirkət əhatə dairəsini genişləndirməyi qarşısına məqsəd qoyub. Poçt administrasiyası  Cənub-Şərqi Asiyaya və Portuqaliyaya beynəlxalq ekspansiyaya başlayacaq. Bu haqda İspaniya poçtunun prezidenti Xuan Mauel Serrano Madriddə keçirilmiş konfransda xəbər verib.

İspaniyanın dövlət poçt xidməti  Asia regiononunda inkişaf edə bilməsi üçün bağlamaların izlənilməsi marşrutuna nəzarət məqsədilə maddi-texniki təchizat bazasını tamamilə yeniləməyi düşünür. Dövlət qurumunun uzunmüddətli planlarında  Latın Amerikasında poçt xidmətləri bazarına çıxmaq da vardır.

Milli  poçt operatoru  şəbəkəsinin iş keyfiyyətini yüksəltməklə çatdırılmaların sürətinin artırılmasına xidmət edəcək, yəni çatdırılmanın sürəti Pireney yarımadasının hüdudları xaricində 24 saatı keçməməlidir. “Correos”-un prezidentinin sözlərinə görə, xidmətin qarşısında yarımadada, hətta Portuqaliyaya da siraət edəcək fasiləsiz iş rejimli daha effektiv bir paylaşdırma şəbəkəsinin yaradılması kimi bir vəzifə durur.



Onlayn konsultasiya