news-detail

 

USD/AZN

Komissiya haqqı – göndərilən ölkə və məbləğdən asılıdır
Valyuta – ABŞ dolları
Köçürmə müddəti – dərhal
Əhatə dairəsi –200 dən çox ölkə, 2 450 000 - dən çox məntəqə

“Western Union” təcili pul köçürmələri sistemi üzrə Tariflər

 

 

Pul göndərmək üçün tələb olunur:

1. Poçt operatoruna şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etmək (Ölkə vətəndaşları üşün şəxsiyyət vəsiqəsi, xarici vətəndaşlar üçün xarici passport nəzərdə tutulur);

2. Pul köçürməsi göndəriləcək ölkəni, məbləği, göndəricinin soyadını, adını və ata adını bildirmək;

3. Göndəriləcək məbləği və köçürülmə üçün komissiyanı (tariflərə uyğun olaraq müəyyən edilir) poçt operatoruna təqdim etmək;

4. Göndərilməsi nəzərdə tutulan köçürmənin ərizə formasında qeyd edilən məlumatları yoxlamaq;

5. Məlumatlar düzgün olduğu halda göndərilməsinə icazə verərək müvafiq sənədləri imzalamaq;

6. Poçt əməkdaşı tərəfindən sizə təqdim olunan 10 rəqəmli nömrə  və məbləğ barədə alıcıya məlumat verərək qarşı tərəfdə “Western Union” məntəqələrindən ala biləcəyini bildirmək.

 

Pul almaq üçün tələb olunur:  

1. Poçt operatoruna şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etmək (Ölkə vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, xarici vətəndaşlar üçün xarici pasport nəzərdə tutulur);

2. Poçt operatoruna köçürmənin nömrəsini bildirmək;

3. Köçürmənin məbləğini, ölkəsini və göndəricinin soyadını,  adını və ata adını demək.

 

 

Xüsusi şərtlər:

Pul köçürmələri Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun həyata keçirilir (Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlər üçün valyuta əməliyyatları haqqında Qaydalar)

Fiziki şəxslər gün ərzində 1 000 (min) USD, ay ərzində isə 10 000 (on min) USD ekvivalentini aşmamaq şərti ilə hesab açmadan pul köçürməsi göndərə bilər;

Fiziki şəxslər 1 000 USD-dən artıq köçürmə göndərmək üçün “Azərpoçt” MMC-nin müştəri xidmətləri şöbələrinə müraciət etməlidir. Birinci dərəcəli qohumluq haqqında müvafiq sənədləri təqdim etdiyinizdə, sizin adınıza cari hesab açılaraq pul köçürülə bilər.