Gömrük rəsmiləşdirilməsi və gömrük rüsumu
 
Tərkibində mal (məmulat) olan hər bir göndəriş lazımi qaydada doldurulmuş CN22 yarlığı və CN23 formalı gömrük bəyannaməsi ilə müşayiət olunmalıdır.  CN23 forması 4 nüsxədə doldurulur, onlardan biri göndəriciyə verilir, biri Poçt Daşıma Mərkəzində (gömrükdə) saxlanılır, iki ədədi isə zərfə qoyularaq üz tərəfdən möhkəmcə göndərişə bərkidilir və göndərişlə birlikdə təyinat ölkəsinə göndərilir 
Malların kommersiya məqsədi ilə göndərilməsi zamanı gömrük bəyannaməsindən başqa invoys da tələb oluna bilər. Ümumdünya Poçt Konvensiyasına əsasən Poçt Operatorları gömrük bəyannamələrinin doldurulmasına görə heç bir məsuliyyət daşımırlar.  Gömrük bəyannamələrinin tərtibi yalnız göndəricinin məsuliyyətinə aiddir.  Göndərişlərin gömrük baxışından yubadılmadan keçirilməsi və gömrüklə bağlı problemlərin baş verməməsi üçün biz müştərilərimizə CN22 yarlığının və CN23 bəyənnaməsinin tam və dəqiq, həmçinin əşyaların adlarının qeyd edilməsini, hər bir əşyanın ayrı-ayrılıqda dəyərinin məbləğini göstərməsini  və eyni zamanda imza etməsini məsləhət görürük. Göndərilən əşyaların adlarının ümumi şəkildə (məsələn:paltar, hədiyyə, yeyinti məhsulları, parfumeriya və s.) qeyd edilməsi yolverilməzdir. Aylıq olaraq tərkibinin dəyəri 300 ABŞ dollarından artıq olmayan Azərbaycana daxil olan beynəlxalq poçt göndərişləri gömrük rüsumundan azaddırlar.