Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib


28.03.2024 768


Novruz bayramı ilə əlaqədar olaraq 20 – 26 mart tarixlərində növbəli iş qrafiki əsasında işləyən “Azərpoçt” 400 mindən çox vətəndaşa xidmət göstərib.

 

Bakı şəhəri üzrə poçt, maliyyə və digər xidmətlərdən faydalanan vətəndaşların sayı 28,714, regionlarda isə 369,730 nəfər təşkil edib.

 

Bundan əlavə, ölkədəki bir sıra karqo şirkətlərinə daşıma xidməti göstərən “Azərpoçt” bu sahədə də aktiv şəkildə fəaliyyət göstərib. Belə ki, elektron kommersiya üzrə 20 minə yaxın əməliyyat icra olunub. Onu da qeyd etməliyik ki, ölkə üzrə çatdırılan onlayn sifarişlərin 70 faizdən çoxu regionların payına düşür. Bu da “Azərpoçt”un regionlardakı xidmətin keyfiyyətini qaldırması ilə birbaşa düz mütənasibdir.

 

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti geniş poçt şəbəkəsi ilə əhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı, bank hesabı üzrə xidmətlər, elektron ödənişlər, sığorta və digər bu kimi qeyri-ənənəvi maliyyə xidmətləri, eləcə də elektron hökumət və pərakəndə biznes xidmətlərini təqdim edir.



Onlayn konsultasiya