Bayram günlərində xidmət təqvimimiz!


14.06.2024 2041


“Azərpoçt” MMC Milli Qurtuluş Günü və Qurban Bayramı ilə əlaqədar əhalinin poçt, maliyyə, postcargo və digər kargo xidmətlərindən rahat və səmərəli istifadə etməsini təmin etmək məqsədilə 15, 17, 18 və 19 iyun 2024-cü il tarixlərində xüsusi rejimdə fəaliyyət göstərəcək. Qeyd edək ki, 16 iyun tarixində poçt şöbələrində qeyri-iş günü olacaq.

 

Bayram günlərində fəaliyyət göstərəcək şöbələrin siyahısını diqqətinizə çatdırırıq:

 

Poçt məntəqələrimiz

İş qrafiki

1 saylı poçt filialının Mərkəzi Poçt Şöbəsi (AZ1000);

09:00-18:00

2 saylı poçt filialının 63 (AZ1063) saylı poçt şöbəsi;

10:00-17:00

2 saylı poçt filialının 124 (AZ1124), 138 (AZ1138), 144 (AZ1144) saylı poçt şöbələri;

09:00-17:00

3 saylı poçt filialının 2, (AZ1002) 40 (AZ1040) saylı poçt şöbələri;

10:00-17:00

4 saylı poçt filialının 44 (AZ1044) saylı poçt şöbəsi;

09:00-17:00

Regionlarda yerləşən müştəri xidməti şöbələri

10:00-17:00

 

Onu da bildirək ki, istehsalat zərurətilə əlaqədar olaraq 1 saylı poçt filialının 66 (AZ1066) və 152 (AZ1152) saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.

 

Adi günlərdə olduğu kimi bayram günlərində də əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də, pulköçürmə və kommunal xidmətlər təmin ediləcək.

 



Onlayn konsultasiya