"Azərpoçt" MMC-nin işğaldan azad edilmiş ərazilərdə gördüyü işlər


13.02.2024 850


Sevindirici haldır ki, “Azərpoçt”un fəaliyyəti yalnız mövcud və yeni xidmətlərlə məhdudlaşmayıb, tarixi qələbəmiz sayəsində xüsusi fəaliyyət sahəsi də formalaşıb.
 
 
2020-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərdə poçt işinin təşkili istiqamətində davamlı olaraq işlər görülür.
 
 
Belə ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb.
 
 
2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub. Hazırda Xankəndi Poçt Filialının yaradılması, Şuşa, Laçın, Xocavənd və Əskəran şəhərlərində poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.


Onlayn konsultasiya