Seçki günü xidmətinizdəyik!


06.02.2024 714


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
 
 
Seçki günü respublika üzrə bütün poçt şöbələri növbəli iş qrafikində xidmət göstərəcək.
 
 
Seçki məntəqələri fasiləsiz poçt və maliyyə xidmətləri ilə təmin olunacaq.
 
 
Eyni zamanda növbəli iş qrafiki ilə çalışan poçt əməkdaşlarının seçki hüququndan istifadə etmələri üçün lazımi şərait yaradılacaq.
 
 
Vətəndaşlar hər hansı bir sualı olduğu halda "169" Çağrı Mərkəzi və qurumun rəsmi sosial şəbəkə hesabları vasitəsilə əlaqə saxlaya bilərlər.


Onlayn konsultasiya