“Azərpoçt” və “Azercell Telecom” arasındakı əməkdaşlıq uğurla davam edir.


30.01.2024 889


“Azərpoçt” MMC və “Azercell Telecom” arasında 2022-ci ildən başlayan əməkdaşlıq uğurla davam etdirilir. 
 
 
Azercell xidmətlərinin Azərpoçt şöbələrində verilməsi üçün təlim keçmiş və yüksək nəticə göstərən əməkdaşlara bürünc sertifikat təqdim edilib.
 
 
Qeyd edək ki, bir sıra “Azərpoçt” şöbələrində “Azercell” nömrələrinin satışı, “ASAN İmza” xidmətinin və çoxçeşidli internet paketlərinin aktiv edilməsi, ləğv olunmuş nömrələrin bərpası və nömrə daşınması kimi əməliyyatlar həyata keçirilir.
 
 
Hazırda Azercell xidmətləri paytaxtın bəzi şöbələrində və 50-dən çox rayon mərkəzi şöbələrində göstərilir.


Onlayn konsultasiya