Son 20 ildə ölkədaxili maliyyə xidmətlərinin həyata keçirilməsi üzrə görülən işlər


29.01.2024 699


2010-cu ilin 16 aprel tarixində “Azərpoçt” MMC-yə maliyyə xidmətlərinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilib. Bu lisenziya əsasında respublikanın regionlarında əhalinin maliyyə xidmətlərinə sərbəst çıxış imkanı yaradılıb, yeni xidmətlərin göstərilməsi hesabına xidmət çeşidi artırılıb, yerli və beynəlxalq poçt və maliyyə qurumları ilə inteqrasiya gücləndirilib.

 

Hazırda lisenziyaya malik 1116 poçt şöbəsi maliyyə xidmətləri göstərmək iqtidarındadır. Belə ki, poçt şöbələrində maliyyə xidmətlərinin təmin olunması nəticəsində poçt hesablarının açılması və aparılması, pulköçürmələri, maliyyə institutlarında, o cümlədən Mərkəzi Bankda müxbir hesabların açılması, ödəniş vasitələrinin, həmçinin debit kartlarının emissiyası, xarici valyutanın alqı-satqısı, nağd vəsaitin və digər qiymətlilərin inkassasiyası icra olunur.

 

Bundan başqa, “Azərpoçt” ölkə daxilində XÖHKS-ə, AZİPS, HÖP-ə və digər ödəniş sistemlərinə qoşularaq bu sistemlərin imkanlarından istifadə edir.

 



Onlayn konsultasiya