Azərbaycan-Slovakiya birgə poçt markasının təqdimatı keçirilib


05.12.2023 718


“Azərpoçt” və “Slovakiya poçtu"nun əməkdaşlığı sayəsində Azərbaycan-Slovakiya birgə poçt markası buraxılıb.

 

Bu münasibətlə keçirilən tədbirdə Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak, Azərbaycanın Slovakiyada yeni təyin olunan səfiri Vüsal Abdullayev, "Azərpoçt" MMC-nin Marka şöbəsinin direktoru Sitarə Hüseynova iştirak edib.

 

Bildirilib ki, bu il Azərbaycan və Slovakiya dövlətləri arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. Məhz bu səbəbdən 2020-ci ildə Slovakiyanın Azərbaycandakı səfirliyi poçt markasının buraxılması təşəbbüsünü irəli sürüb. Markada Slovakiyanın terxovka və Azərbaycanın kamança milli musiqi alətləri əks olunub. Hər iki alət UNESCO-nun mədəni irs siyahısına daxildir.

 

Müştərək poçt markasının indi təqdim edilməsidə təsadüfü deyil. Terxovka musiqisi və alətləri məhz 2013-cü ilin, Azərbaycan musiqi aləti kamança isə 2017-ci il dekabrın ayında UNESCO-nun mədəni irs siyahısına daxil edilib.

 

Təqdimat mərasiminin sonunda iştirakçılar poçt markasını təqdim edib və ilk zərflər imzalanıb.

 

Marka Belarusun “Bobruisk İntegrated Printing House” mətbəəsində 4000 tirajla çap olunub. Markanın dizayneri Marcel Bençikdir.

 



Onlayn konsultasiya