“Azərpoçt”un İdarə heyətinin sədri Əfqan Cəlilov vətəndaşlara müraciət edib


02.08.2023 2131


“Azərpoçt” MMC-nin İdarə heyətinin sədri Əfqan Cəlilov vətəndaşlara poçt şöbələrində nağdsız əməliyyatların aparılması ilə bağlı müraciət edib. Müraciətdə deyilir:

 

“Hörmətli vətəndaşlar!

“Azərpoçt” MMC olaraq, artıq 2 ildir ki, yenilənmə, şəffalıq və inkişaf istiqamətləri üzrə müəyyən işlər görürük. 

 

Ölkədə nağdsız əməliyyatlara dəstək, xüsusilə də “Azərpoçt”da poçt əməliyyatları zamanı maliyyə şəffaflığının təmin edilməsi məqsədilə artıq 700-dən çox poçt şöbəsi POS-terminalla təmin olunub. Ölkə üzrə bu rəqəm Bakı şəhərində yerləşən bütün poçt şöbələrini, regionlarda isə mərkəzi və şəhər tipli şöbələri əhatə edir.

 

Bu barədə sizi bir daha məlumatlandırmaq istəyir və sizdən şöbələrimizdə poçt xidmətlərindən faydalanan zaman nağdsız əməliyyatlara üstünlük verməyinizi xahiş edirik.

 

Xüsusilə diqqətinizə çartdırırıq ki, bu müraciət “Azərpoçt”da müştərilər və əməliyyatçılar arasındakı xidmət prosesi zamanı maliyyə şəffaflığının təmin olunması məqsədini daşıyır və bu məqsədə nail olmaq üçün siz vətəndaşların dəstəyinə ehtiyacımız var.

 

Şöbələrimizə yaxınlaşan zaman, sizə POS-terminal xidməti bu və ya digər səbəbdən təkllif olunmadığı halda, mütləq bizimlə təqdim olunan mobil nömrə vasitəsilə əlaqə saxlayaraq, şikayətinizi bildirməyinizi xahiş edirik.

 

Əlaqə nömrəsi: (+9451) 235 97 99

 



Onlayn konsultasiya