Bayram günü xidmətinizdəyik!


08.05.2023 788


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC 9 May- Faşizm üzərində qələbə günü ilə əlaqədar olaraq növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

 

9 may tarixində növbətçi poçt şöbələri aşağıdakı rejimdə fəaliyyət göstərəcək.

 

- Mərkəzi Poçt Şöbəsi saat 09:00-18:00

- 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi saat 10:00-17:00

- 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-17:00

- 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat 10:00-17:00

- 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-17:00

- Regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00

 

İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı Poçt Filialının 66, 108 və 152 saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.

 

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması - təmin ediləcək.

 



Onlayn konsultasiya