Представительница Азербайджана избрана президентом всемирной ассоциации-2197-2199

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Hərbi Memorial Məzarlığı ziyarət edib. Ziyarət zamanı 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan, “Azərpoçt”un əməkdaşı Rəşad İlqar oğlu Rəhimovun məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub, xatirəsi dərin ehtiramla yad edilib.

Qeyd edək ki, Rəşad Rəhimov Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

support chat