Baku to Host the International Philately Meeting-2291

Son günlər bəzi vətəndaşlara “Azərpoçt” adından bağlama çatdırılması ilə bağlı saxta mesajların göndərilməsi halları müşahidə olunur. Bu mesajlarda istifadəçilərdən linkə keçid etmələri və ya şəxsi məlumatlarını təsdiqləmələri tələb edilir. 

Vətəndaşlara şübhəli linklərə daxil olmamaq, naməlum nömrə və ya e-poçt ünvanlarından gələn bildirişlərə etibar etməmək, eləcə də şəxsi və bank məlumatlarını üçüncü şəxslərlə paylaşmamaq tövsiyə olunur.

“Azərpoçt” vətəndaşlara bir daha xəbərdarlıq edir ki, bu cür müraciətlər qurum tərəfindən göndərilmir. Bu kimi hallarla qarşılaşdıqda, vətəndaşlardan məlumatı dərhal “Azərpoçt”un 169 Çağrı Mərkəzi və ya rəsmi sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmələri xahiş olunur.

 

support chat