“Azərpoçt” MMC-də cari hesab açan müştərilər həm mədaxil, həm də məxaric  əməliyyatlarını asanlıqla həyata keçirə bilirlər. Bunun üçün qurumun sizə yaxın yerləşən filialına müraciət etməyiniz kifayət edir.

  “Azərpoçt” MMC-nin filiallarında cari hesab açan hüquqi və fiziki şəxslərə  istəkləri nəzərə alınmaqla çek kitabçaları təqdim edilir. Bu kitabçalar vasitəsi ilə müştərilərimiz məxaric əməliyyatlarını həyata keçirə bilirlər.

   Hesab üzrə mədaxil və məxaric, eyni zamanda çek kitabçaları ilə aparılan əməliyyatlar mövcud qanunvericiliklə tənzimlənir və müştəri ilə bağlanmış müqavilədə öz əksini tapır.