Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin 600 illiyinə həsr olunmuş poçt markası


02.11.2023 1265


Heydər Əliyev Mərkəzi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşəbbüsü ilə “Azərpoçt” MMC tərəfindən Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin  600 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.

 

Buraxılış bir markadan və kupondan ibarət blok şəklində hazırlanıb. Markanın üzərində Sultan Uzun Həsənin tuğrası qızılı folqa ilə həkk olunub. Kuponun üzərində isə onun Ağqoyunlu dövlətinin hökmdarı olduğu illər göstərilib. 

 

Marka Belarus Respublikasının “Bobruisk İntegrated Printing House” mətbəəsində  4000 tirajla çap olunub. Markanın dizayneri Zöhrə Babayevadır.

 

Bundan əlavə, “Birinci gün” zərfləri də hazırlanıb.



Onlayn konsultasiya