"Azərpoçt" MMC vakansiya elan edir
09.06.2023
1373
Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” MMC Metodologiya üzrə Aparıcı Mütəxəssis vakansiyasını açıq elan edir:
Vəzifə Öhdəlikləri:
-
Biznes Proseslər üzrə metodoloji bazanın təkminləşdirilməsi:
-
Müştəri xidmətlərini və məhsullarını/əməliyyatlarını optimallaşdırmaq, Filialların yükünü azaltmaq məqsədi ilə proseslərin/əməliyyatların avtomatlaşdırılması, mərkəzləşdirilməsi və rəqəmsallaşdırılması üzrə işlər aparmaq;
-
Mövcud biznes proseslərin təkminləşdirilməsi məqsədi ilə təhlil işlərinin aparılması və məlumatların toplanması;
-
Müştərilərə xidmət göstərilməsi ilə əlaqədar proseslərdə/əməliyyatlarda/ məhsullarda məhdudiyyətlərin və çatışmazlıqların aşkarlanması və təhlili;
-
Proseslər və Məhsullarla bağlı yeni ideaların, təkliflərin təhlili və dəyərləndirilməsi;
-
Biznes proseslər üzrə daxili qaydaların və normativlərin işlənib hazırlanması, daxili qaydalar üzrə metodoloji bazanın təkminləşdirilməsi və yenilənməsi;
-
Sənədlərin / daxili reqlamentlərin yoxlanması və standartlaşdırılması.
Namizədə dair tələblər:
-
Ali təhsil;
-
Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi;
-
Prosedurların və daxili normativ qaydaların yaradılması və yazılması üzrə təcrübə;
-
Mükəmməl yazılı və şifahi ünsiyyət vərdişləri;
-
Dəyişiklikləri qəbul etmək bacarığı, yeni biliklər əldə etməyə hazırlıq;
-
Azərbaycan, rus və ingilis dillərini bilmək.
İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, öz CV-lərini “Metodologiya üzrə Aparıcı Mütəxəssis” başlığı ilə hrdepartment@azerpost.az ünvanına göndərə bilərlər.