"Azərpoçt" MMC vakansiya elan edir
25.05.2023
1988
Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” MMC Ekvayrinq şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
-
Bankomatların işlək vəziyyətdə olmasına nəzarət etmək;
-
Bankomatların quraşdırılmasına və profilaktik işlərin görülməsinə nəzarət etmək;
-
Bankomatlara yerləşdirilən nəğd vəsaitlərin dövriyyəsinə və qalıqlarına nəzarət etmək;
-
POS-terminalların işlək vəziyyətdə olmasına nəzarət etmək;
-
Müştərilərdən daxil olan sorğuların araşdırılması, və problemlərin aradan qaldırılması;
-
POS-terminalların proqram təminatının yazılması, fiziki quraşdırılması;
-
POS-terminalların dövriyyə və qalıqlarına nəzarət etmək;
-
Şöbənin funksiyasından irəli gələn digər funksiyalarının icra edilməsi;
-
Yeni ticarət müəssisələrinin və partnyorların banka cəlb edilməsi;
-
Ticarət müəssisələrinin, POS-terminalların və ATM-lərin qeydiyyatlarının aparılması və şəbəkəsinə nəzarət edilməsi;
-
POS-terminalların xidmətini və profilaktik işlərini təmin etmək;
-
POS-terminal istifadəsi üzrə təlimləri keçirmək;
-
Elektron kommersiya dövriyyə və qalıqlarına nəzarət etmək;
-
Ekvayrinq şəbəkəsinə və dövriyyəsinə aid hesabatının hazırlanması.
Namizədə dair tələblər:
-
Ali təhsil;
-
Kompüter bilikləri;
-
Texniki bacarıq və satış qabiliyyəti;
-
Məsuliyyətli, təşəbbüskar olmaq;
-
Yenilik və dəyişikliklərə açıq olmaq.
İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Ekvayrinq şöbəsinin mütəxəssisi başlığı ilə hrdepartment@azerpost.az ünvanına göndərə bilərlər.