Bayram günü xidmətinizdəyik!


07.03.2023 1298


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

 

8 mart tarixlərində qeyd edilən poçt şöbələri aşağıdakı rejimdə işləyəcək.

Mərkəzi Poçt Şöbəsi saat 09:00-18:00

-  2 saylı poçt filialının 63 saylı poçt şöbəsi saat 10:00-17:00

2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-17:00

3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat 10:00-17:00

4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-17:00

Regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00

 

İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı Poçt Filialının 66, 108 və 152 saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.

 

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması - təmin ediləcək.

 

 

 



Onlayn konsultasiya