Ali Məhkəmənin 100 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb


13.02.2023 1249


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

 

Ali Məhkəmənin təşəbbüsü ilə hazırlanmış buraxılış 10 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Poçt markası 10 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

 

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq nəşr edilib.

 

Qeyd edək ki, bu gün Ali Məhkəmənin yaranmasının 100 illik yubileyidir.

 

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi “Azərbaycan SSR-in məhkəmə quruluşu haqqında” Əsasnamənin qüvvəyə minməsi barədə 1923-cü il 13 fevral tarixli 8 saylı qərar qəbul edib. Bu qərarda Azərbaycan Ali Məhkəməsinin 1923-cü il martın 1-dən fəaliyyətə başlaması müəyyən olunub. Azərbaycan Respublikası Ali Məhkəməsinin yaranması günü məhz fevralın 13-ü ilə bağlıdır.

 



Onlayn konsultasiya