“Azərpoçt” MMC vakansiya elan edir!


19.01.2023 548


 

Ölkənin Yeganə Milli Poçt Operatoru “Azərpoçt ” MMC Marketinq şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə Öhdəlikləri :

 

  • Təşkilatın illik marketinq planının icrasının təşkili;
  • Bazarın araşdırılması, müqayisəli təhlillərin aparılması, şirkətin məhsullarının bazarda mövqeyi haqqında düzgün nəticələr təqdim olunması;
  • Bazar araşdırmasına və tələblərə əsasən mövcud məhsulların inkişaf etdirilməsi üçün təkliflərin verilməsi;
  • Fərqli məhsullar üzrə ayrı-ayrı marketinq planlarının hazırlanması;
  • Rəqəmsal marketinq fəaliyyətinə dəstək verilməsi ;(Veb-səhifə və sosial şəbəkələrdə reklam və digər kampaniyaların yaradılmasının təşkili və s.)
  • “Google SEO” və “Mass Mail” işinin təşkili;
  • Şirkətin brendbukuna uyğun brendinq işlərinin aparılmasının təşkili;
  • Filiallar, şöbələr və digər təmas nöqtələri üçün materialların hazırlanması;
  • Dövrü hesabatların hazırlanması və təhlili.

 

 

Namizədə dair tələblər:

 

  • İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
  • Marketinq sahəsi üzrə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi; (Maliyyə, xidmət sektorunda olanlara üstünlük veriləcək)
  • Rus və ingilis dili biliyi;
  • Yüksək səviyyədə MS ofis proqramlarından istifadə bacarığı;
  • Təqdimat və ünsiyyət bacarığı;
  • Analitik və tənqidi düşünmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı

 

 

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan:  Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Maraqlananlar, öz CV-lərini“Marketinq şöbəsinin müdiri” başlığı ilə  hrdepartment@azerpost.az ünvanına göndərə bilərlər. 

Maraqlananlar, öz CV-lərini aşağıdakı elektron ünvana “marketinq mütəxəssisi” başlığı ilə  hr@azerpost.az ünvanına göndərə bilərlər.

 

 



Onlayn konsultasiya