“Azərpoçt” bayram günlərində də vətəndaşlara xidmət göstərəcək


29.12.2022 3997


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

 

Aşağıda bayram günlərində vətəndaşlara xidmət göstərəcək poçt məntəqələrinin siyahısı təqdim edilir:

 

2022-ci il, 31 dekabr tarixində respublika üzrə fəaliyyət göstərəcək şöbələrin siyahısı:

 

1 saylı poçt filialının mərkəzi poçt şöbəsi, saat 09:00-16:00

1 saylı poçt filialının 1, 3, 7, 8, 20, 21, 25, 33, 52, 108 saylı poçt şöbələri, saat 10:00-16:00

2 saylı poçt filialının 9, 17, 53, 54, 63, 73, 83, 111, 114, 117, 122 saylı poçt şöbələri, saat 10:00-16:00

3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 129, 132, 133, 142, 149 saylı poçt şöbələri, saat 10:00-16:00

4 saylı poçt filialının 44 saylı poçt şöbəsi, saat 09:00-16:00

4 saylı poçt filialının 39, 42, 45, 50, 77, 89, 90, 93 saylı poçt şöbələri, saat 10:00-16:00

Regionlarda yerləşən müştəri xidməti şöbələri, saat 10:00-16:00

İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı poçt filialının 66, 108  və 152 saylı poçt şöbələri, saat 10.00-16.00

 

 2023-ci il, 1, 2, 3 və 4 yanvar tarixlərində respublika üzrə fəaliyyət göstərəcək şöbələrin siyahısı:

 

1 saylı poçt filialının mərkəzi poçt şöbəsi, saat 09:00-18:00

2 saylı poçt filialının 63 saylı poçt şöbəsi, saat 10:00-17:00

2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri, saat 09:00-17:00

3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri, saat 10:00-17:00

4 saylı poçt filialının 44 saylı poçt şöbəsi, saat 09:00-17:00

Regionlarda yerləşən müştəri xidməti şöbələri, saat 10:00-17:00

İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı poçt filialının 66 və 152 saylı poçt şöbələri, saat 10.00-17.00

 

 

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

 



Onlayn konsultasiya