"Azərpoçt" əməkdaşlarına sertifikatlar təqdim olunub


29.11.2022 1394


“Azərpoçt” MMC-nin daxili təlimçilərin yetişdirilməsində ixtisaslaşan və bu istiqamət üzrə peşəkar olan şirkətlə birgə, “Təlimaparma vərdişləri” mövzusunda keçirdiyi növbəti təlim yekunlaşıb.

 

Qeyd edək ki, “Azərpoçt”un aidiyyatı struktur bölmələrinin 14 nəfər əməkdaşı sentyabr ayında kursa cəlb olunub.

 

Layihənin əsas məqsədi “Azərpoçt” MMC-nin yeni daxili təlimçilər qrupunu formalaşdırmaqdır.

 

Eyni zamanda daxili təlimçilərin sayının artırılmasına zərurət olduğunu nəzərə alaraq, oktyabrın 21-dən noyabrın 5-ə qədər əlavə olaraq 11 nəfər əməkdaş “Təlimçilər üçün təlim” kursunda iştirak edib.

 

Beləliklə, “Azərpoçt” MMC-də daxili təlimçilərin sayı bütövlükdə 33 nəfərə çatdırılıb.

 

Təlimi uğurla başa vuran əməkdaşlarla görüş keçirilib və onlara sertifikatlar təqdim olunub.    

 

Xatırladırıq ki, bu günə qədər ümumilikdə 233 nəfər 141 saat olmaqla, müxtəlif mövzular üzrə təlim kurslarına cəlb olunub. İlin sonuna qədər təlimlərin davam etdirilməsi nəzərdə  tutulub.  

 



Onlayn konsultasiya