Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan marka dövriyyəyə buraxılıb


11.11.2022 1232


Azərbaycan Cüdo Federasiyası “Azərpoçt” MMC ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan poçt markasını təqdim edib.
 
 
6 noyabr 2022-ci ildə Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Mauris Vizer və Azərbaycan Cüdo Federasiyasının Prezidenti Rəşad Nəbiyev tərəfindən poçt markasının söndürülməsi mərasimi həyata keçirilib.
 
 
“Azərpoçt” MMC tərəfindən hazırlanan marka Belarus Respublikasının Bobruysk şəhərinin “Bobruisk Integrated Printing House” çap evində 48 000 ədəd tirajla çap olunub. Buraxılış 8 markadan ibarət kiçik vərəq şəklindədir.


Onlayn konsultasiya