DİQQƏT! DİQQƏT!


21.07.2022 635


 
Hörmətli vətandaşlar,
 
 
“Azərpoçt” MMC olaraq nəzərinizə çatdırmaq istərdik ki, xaricdən sifariş edilən malların Dövlət Gömrük Komitəsinə məxsus "Smart Customs" sistemində bəyan edilməsi mütləqdir.
 
 
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, fiziki şəxslər  tərəfindən xarici ölkədən Azərbaycana idxal olunan məhsullar "Smart Customs" sistemi vasitəsilə bəyan edilməlidir.
 
 
Bağlamalar “Smart Customs” sisteminə bəyan edilmədikdə, bağlama üzərində gömrük yoxlanışı başa çatmayacaq.
 

 

Qeyd: Bəyannamə yalnız xaricdən idxal edilən mallara şamil edilir. Xaricdən göndərilən şəxsi göndərişlər üçün bəyannamə tələb edilmir.


Onlayn konsultasiya