Monako poçtu “Beynəlxalq Sirk Festivalı Monte Karlo 2020 " adlı markanı dövriyyəyə buraxıb


16.01.2020 465


Monako poçtu “La Poste Monaco” Monte-Karloda keçiriləcək beynəlxalq sirk festivalına həsr olunan poçt markasını dövriyyəyə buraxıb. “Beynəlxalq Sirk Festivalı Monte Karlo 2020 " adlı bu poçt markası 30 х 40,85 mm ölçüsündə hazırlanıb.

 

Nominal dəyəri 1avro 40 sent təşkil edən orijinal poçt markasının tiraji 40 min nüsxədir. Layihə dizayner Alen Andreya məxsusdur.

 

Qeyd edək ki, 16-26 yanvar 2020-ci il tarixlərində Monte Karloda 44-cü Beynəlxalq Sirk Festivalı sayəsində Knyazlıq yenidən dünya sirk paytaxtına çevriləcək. Şahzadə Stefani Mariya Yelizaveta dövrümüzün ən yaxşı sirk ustalarını Qızıl təlxəklə mükafatlandıracaq.

 

Bu markanın festival mövzusunda 44-cü buraxılışı sayılır.



Onlayn konsultasiya