Yeni Zelandiya poçtu haqqında maraqlı faktlar


09.01.2020 217


Yeni Zelandiyada ilk poçt şöbəsi 1840-cı ildə fəaliyyət göstərməyə başlayıb. 1856 və 1958-ci illərdə poçt haqda çıxan qanunlar ölkədə poçtun irəliləməsinə təkan verdi. 1989-cu ildə dövlət nəzarətindən ayrılaraq müstəqil fəaliyyət göstərməyə başladı. 1990-cı ildə müəssisə "Airworks" şirkəti ilə birgə özəl hava xəttini əldə etdi. Bununla yanaşı müəssisə  xidmət keyfiyyətinin artırılması istiqamətində işlər aparmağa başladı.


Görülən işlərin nəticəsi olaraq fəaliyyət göstərdiyi müddət ərzində "New Zeland Post" müəssisəsi bir sıra mükafatlara layiq görülüb. 1994-cü ildə "İlin şirkəti", 1999-cu ildə idarəetməyə görə, 2001-ci ildə isə "İşgüzar şirkət" adına layiq görülüb.


2006-cı ildə müəssisə tərəfindən Vellinqtonda və Danidində yerləşdirilmiş emaletmə poçt mərkəzləri və bir sıra innovasiyalar sayəsində ölkədə poçt biznesinin inşafı üçün geniş imkanlar açılıb.


Daha bir maraqlı faktı  da  qeyd  edək  ki, Yeni Zelandiya hökuməti 2016-ci ildən milli poçt şirkətinə həftədə 3 dəfə işləməyə icazə verib. İş vaxtının azaldılmasına poçt rəhbərliyi təkid edərək bunun elektron poçta keçidlə əlaqədar poçt göndərişlərinin kəskin azalması şəraitində itkilərə yol verməmək üçün yeganə imkan olduğunu bəyan edib. Yeni qaydalar qüvvəyə mindikdən  bugünə qədər ölkə poçtu şəhər hüdudlarında həftədə 3 dəfə, kənd yerlərində həftədə 5 dəfə fəaliyyət göstərir.

Yeni Zelandiyanın ardınca poçt xidmətində iş vaxtının azaldılması təklifi ilə dünyanın digər inkişaf etmiş ölkələri də çıxış etmək istəyib. Belə ki, ABŞ poçtu bir neçə ildir şənbə günü işin ləğv edilməsinə çalışır, lakin federal hakimiyyət orqanları buna kəskin etirazlarını bildiriblər.

 



Onlayn konsultasiya