"Özbəkistanın qorunan faunası" poçt markaları dövriyyədədir


05.09.2019 162


Özbəkistan Respublikası İnformasiya Texnologiyalarının və Kommunikasiyaların İnkişafı Nazirliyi "Özbəkistanın qorunan faunası" poçt markaları seriyasını tədavülə buraxıb.

Poçt markalarının buraxılışı heyvanlara həsr olunub. Seriya 4 markadan ibarətdir. Markaların üzərində heyvanların adları latın dilində qeyd olunub. Bu seriyadan olan poçt markaları 52х37mm ölçülərində hazırlanıb və tiraji 8 min nüsxə təşkil edir. Eyniləşdirmə nömrələri verilərək nominallar müəyyən olunub.

Layihə rəssam A. Plujnikova və dizayner U. Yusupaliyeva məxsusdur.

Qeyd edək ki, poçt markalarında təsvir olunan heyvanlar Özbəkistanın təbiətini qoruyan, ekoloji cəhətdən davamlı cəmiyyətin inkişafı və gənc nəsillər arasında ətraf mühitə qarşı məsuliyyət hissinin formalaşdırılması vəzifəsini icra edən “EKO” təşkilatı tərəfindən qorunur.



Onlayn konsultasiya