Akademik Həsən Abdullayevin 100 illiyinə həsr olunan marka


25.01.2019 1797


Azərbaycanın görkəmli fiziki, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, 1970-1983-cü illərdə Azərbaycan EA-nın prezidenti akademik Həsən Abdullayevin 100 illiyinə həsr olunan poçt markası dövriyyədədir.

Orijinal markanın kiçik vərəqinin ölçüsü 150x114 mm, markanın ölçüsü isə 40x28 mm-dir. Dizaynı Anar Mustafayeva aid olan bu marka Belarus Respublikası, Bobruysk şəhərinin “Bobruysk Integrated Printing House” çap evində işiq üzü görüb.

Poçt markası 25 dekabr 2018-ci ildə tədavülə buraxılıb. Tiraji  49 min 950 nüsxə təşkil edib. Markaya əlavə olaraq 200 ədəd "Birinci gün" zərfi də hazırlanıb.

Həsən Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla bərabər onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirib. Fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdıran alim uzun illər ərzində Elmlər Akademiyasının prezidenti kimi respublikada elmin təşkili işinə mühüm töhfələr vermiş, ölkə elminin beynəlxalq elm məkanına inteqrasiyasının dərinləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərib.

Qeyd edək ki, 2018 ildə -ci ildə Prezident İlham Əliyev akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.



Onlayn konsultasiya