news-detail

 

USD/AZN

Komissiya haqqı – göndərilən ölkə və məbləğdən asılıdır
Valyuta – ABŞ dolları
Köçürmə müddəti – dərhal
Əhatə dairəsi –200 dən çox ölkə, 2 450 000 - dən çox məntəqə

“Western Union” təcili pul köçürmələri sistemi üzrə Tariflər

 

 

Pul göndərmək üçün tələb olunur:

1. Poçt operatoruna şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etmək (Ölkə vətəndaşları üşün şəxsiyyət vəsiqəsi, xarici vətəndaşlar üçün xarici passport nəzərdə tutulur);

2. Pul köçürməsi göndəriləcək ölkəni, məbləği, göndəricinin soyadını, adını və ata adını bildirmək;

3. Göndəriləcək məbləği və köçürülmə üçün komissiyanı (tariflərə uyğun olaraq müəyyən edilir) poçt operatoruna təqdim etmək;

4. Göndərilməsi nəzərdə tutulan köçürmənin ərizə formasında qeyd edilən məlumatları yoxlamaq;

5. Məlumatlar düzgün olduğu halda göndərilməsinə icazə verərək müvafiq sənədləri imzalamaq;

6. Poçt əməkdaşı tərəfindən sizə təqdim olunan 10 rəqəmli nömrə  və məbləğ barədə alıcıya məlumat verərək qarşı tərəfdə “Western Union” məntəqələrindən ala biləcəyini bildirmək.

 

Pul almaq üçün tələb olunur:  

1. Poçt operatoruna şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etmək (Ölkə vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, xarici vətəndaşlar üçün xarici pasport nəzərdə tutulur);

2. Poçt operatoruna köçürmənin nömrəsini bildirmək;

3. Köçürmənin məbləğini, ölkəsini və göndəricinin soyadını,  adını və ata adını demək.

 

 

Xüsusi şərtlər:

Pul köçürmələri  Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun həyata keçirilir (Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalar)

Fiziki şəxslər təqvim ayı ərzində 20 000 (iyirmi min) АBŞ dоllаrı ekvivalentini aşmamaq şərti ilə hesab açmadan ölkə xaricinə pul göndərişi həyata keçirə bilər.