“Azərpoçt” bayram günlərində də vətəndaşlara xidmət göstərəcək


07.11.2023 2085


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar 8-12 noyabr tarixlərində növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

 

8, 9, 10, 12 noyabr tarixlərində respublika üzrə fəaliyyət göstərəcək şöbələrin siyahısı:

 

• 1 saylı poçt filialının Mərkəzi Poçt Şöbəsi, saat 09:00-18:00

• 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi, saat 10:00-17:00

• 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri, saat 09:00-17:00

• 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri, saat 10:00-17:00

• 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi, saat 09:00-17:00

• Regionlarda yerləşən müştəri xidməti şöbələri, saat 10:00-17:00

  

Qeyd edilən tarixlərdə istehsalat zərurəti yarandığı halda 1 saylı poçt filialının 66 və 152 saylı poçt şöbələri 10.00-dan 17.00-a qədər fəaliyyət göstərəcək.

 

11 noyabr tarixində respublika üzrə bütün poçt şöbələri vətəndaşlara xidmət göstərəcək.

 

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması - təmin ediləcək.

 



Onlayn konsultasiya