"Azərpoçt" MMC vakansiya elan edir


11.08.2023 1376


       Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” MMC  Biznes proseslər üzrə mütəxəssis vakansiyasını açıq elan edir :      

 

 

      Biznes proseslər üzrə mütəxəssis

 

      Vəzifə öhdəlikləri:

  • Biznes Proseslər üzrə metodoloji bazanın təkminləşdirilməsi:
  • Müştəri xidmətlərinin və məhsullarının/əməliyyatlarının optimallaşdırması; 
  • Filialların yükünü azaltmaq məqsədi ilə proseslərin/əməliyyatların avtomatlaşdırılması, mərkəzləşdirilməsi və rəqəmsallaşdırılması üzrə işlər aparılması;
  • Mövcud biznes proseslərin təkminləşdirilməsi məqsədi ilə təhlil işlərinin aparılması və məlumatların toplanması;
  • Müştərilərə xidmət göstərilməsi ilə əlaqədar proseslərdə/əməliyyatlarda/ məhsullarda məhdudiyyətlərin və çatışmazlıqların aşkarlanması və təhlili;
  • Proseslər və məhsullarla bağlı yeni ideaların, təkliflərin təhlili və dəyərləndirilməsi;
  • Biznes proseslər üzrə daxili qaydaların və normativlərin işlənib hazırlanması, daxili qaydalar üzrə metodoloji bazanın təkminləşdirilməsi və yenilənməsi;
  • Sənədlərin / daxili reqlamentlərin yoxlanması və standartlaşdırılması.

 

 

 Vəzifə üzrə tələblər:

 

  • İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi; 
  • Özünü inkişaf etdirmə;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı; 
  • Rus və ingilis dili biliyi; 
  • MS Office proqramlarından istifadə bacarığı; 
  • Təqdimat və ünsiyyət bacarığı; 
  • Yeniliklərə açıqlıq və dəyişikliklərə uyğunlaşma;
  • Prosedurların və daxili normativ qaydaların hazırlanması üzrə təcrübə.

 

 İş şəraiti

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

 

 

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Biznes proseslər üzrə mütəxəssis” qeyd etməklə CV-lərini HRdepartment@azerpost.az ünvanına göndərə bilərlər. 



Onlayn konsultasiya