“Azərpoçt” MMC növbəti əməkdaşlığa başlayıb


12.07.2023 970


“Azərpoçt” MMC poçt işinin təşkili məqsədilə Yaponiyanın Daxili İşlər və Kommunikasiya Nazirliyi ilə yeni əməkdaşlığa başlayıb.

 

Əməkdaşlığın əsas məqsədi Yaponiyada qurulmuş və müvəffəqiyyət qazanmış poçt işinin ən yaxşı nümunələrini “Azərpoçt”la bölüşməkdir. Belə ki, yeni qurulan əməkdaşlıq çərçivəsində 2 əsas istiqamətdə işlərin görülməsi planlanır: “Azərpoçt”a məxsus tikilməsi planlanan yeni poçt çeşidləmə mərkəzinin qurulmasına dəstək və davamlı olaraq ölkədə poçt işinin inkişafına töhfə verməklə qurumlararası əlaqələrin möhkəmləndirilməsi.

 



Onlayn konsultasiya