“Azərpoçt” poçt sisteminin təkmilləşdirilməsi məqsədilə daima beynəlxalq təcrübəni araşdırır.
06.09.2024
692
Milli poçt operatoru fəaliyyət sahəsini inkişaf etdirmək üçün mütəmadi olaraq yeni əməkdaşlıqlar qurur. Bu dəfə qurumun nümayəndə heyəti beynəlxalq təcrübəni öyrənmək və yenilikləri tətbiq etmək məqsədilə Çin Xalq Respublikasına səfər edib. Çin Poçt Qrupu ilə təşkil olunan görüşdə “Azərpoçt” MMC-nin İdarə Heyətinin üzvü Elgün Rəsulov, İdarə Heyətinin sədrinin müşaviri Məhəmməd Topalov, qarşı tərəfdən isə Çin Poçt Qrupunun Vitse-prezidenti Wen Shaoqi, Bağlama, Ekspres və Logistika Biznes bölməsinin idarəedici direktor müavini Lin Zeijan və digər nümayəndələr iştirak edib.
Görüşdə beynəlxalq daşıma mexanizmləri, poçt sahəsindəki yeniliklər, daşıma zəncirinin inkişafı mərhələləri və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün davamı Dövlət Poçt Bürosunun baş direktorunun müavini cənab Liu Jun və digər rəhbər şəxslərin iştirakı ilə Çin Xalq Respublikasının Dövlət Poçt Bürosunda keçirilib.
Qurulan əməkdaşlıqla poçt işinin təkmilləşdirilməsi məqsədilə növbəti addımların atılacağı barəsində razılığa gəlinib.