“Azərpoçt” MMC vakansiya elan edir!
07.02.2023
1522
Ölkənin Yeganə Milli Poçt Operatoru “Azərpoçt ” MMC Angular + Node JS Developer vəzifəsinə vakansiya elan edir.
Vəzifə Öhdəlikləri :
Rol və Məsuliyyətlər
Tapşırıqlar və Fəaliyyətlər
Biznes/maraqlı tərəflərdən tələblərin toplanması
Müştəri/biznes komandası ilə tələbləri başa düşmək üçün müzakirələrin aparılması.
Biznes tələblərini aydınlaşdırmaq üçün müvafiq sualları vermək.
Lazım gəldikdə, biznes prosesinin sənədləşdirilməsi.
Müddətlər və tapşırıqların planlaşdırılması
Biznes tələbi və ya SRS əsasında layihəni modullara və tapşırıqlara bölünməsi.
Müxtəlif qiymətləndirmə üsullarına əsaslanaraq modullar/tapşırıqlar üçün təxmini vaxtın müəyyən edilməsi.
Başlanğıc və bitmə tarixlərini əks etdirən hər bir modul və tapşırıqdan ibarət layihə planı və işlərin ardıcıl bölgüsünün hazırlanması.
Verilənlər bazasının yaradılması və fərdi modulların yenilənməsi
Modulları/tapşırıqları müəyyənləşməsi və verilənlər bazası dizaynlarının hazırlanması.
Fikirləri komanda üzvləri ilə müzakirə edilməsi və maraqlı tərəflərdən razılıqların alınması.
Kodlaşdırma, Sazlama, Vahid Testin, Kodların və Tətbiqin sənədləşdirilməsi
Yaxşı standart təcrübə və qaydalara uyğun olaraq, işlərin ardıcıl bölgüsündə qeyd olunan vaxt çərçivələrində hər modulu/funksionalın kodlanması.
Debug və vahid kod/modulun test edilməsi.
GIT versiya nəzarət alətindən istifadə edilməsi.
Komanda yoldaşları ilə paylaşmaq üçün kodların və tətbiqin sənədləşdirilməsi.
Müştəri/biznes komanda ilə paylaşılacaq olan fərdi modul/kodlar üçün istifadəçi təlimatlarını hazırlanması.
Ən son Angular və Node versiyasında təcrübəyə malik olması.
Service-based/Component based arxitekturlar haqqında məlumatlı olmalı
Layihənin real mühitə yüklənməsi və Baxımı
Test ssenarilərinin hazırlanması
Real mühitə hər hansı yükləmə etməzdən əvvəl bütün test ssenarilərinə uyğun yoxlamaların aparılması.
Təhlükəsizlik yamaqları mövcud olduqda onların yenilənməsi.
Bacarıqlar və Biliklər
Angular, NodeJS ilə minimum 3 illik proqramlaşma təcrübəsi.
HTML / CSS / Javascript / Bootstrap haqqında yaxşı anlayış və təcrübə.
SQL və NoSQL verilənlər bazası sxemlərinin dizaynı ilə bağlı təcrübəyə malik olmalıdır
Web Services / REST API ilə təcrübə.
Linux-da işləmə bacarığı və Linux-da proqram təminatının yüklənməsi bacarığı olmalı
CI/CD üzrə təcrübə faydalı olardı.
Texnologiyalar / Alətlər
Languages/Frameworks: Angular, Node JS, Express JS, JavaScript, HTML5, CSS.
Database: MongoDB, MySQL.
Tools: Git, Visual Studio Code .
Operating System: CentOS/Windows.
Qeyd: Namizərlərin hazırladıqları layihələrlə tanış olmaq üçün müraciətlərində keçidlərin(url) əlavə edilməsi xahiş olunur
İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, öz CV-lərini “Angular + Node JS Developer” başlığı ilə hrdepartment@azerpost.az ünvanına göndərə bilərlər.