“Azərpoçt” MMC vakansiya elan edir!
30.11.2022
3332
Ölkənin yeganə milli poçt operatoru "Azərpoçt" MMC Hesabatlıq və təhlil üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.“
Vəzifə Öhdəlikləri:
-
Poçt daxili təhlillərin hazırlanması; (məhsullar, layihələr və s. üzrə)
-
Yeni və mövcud məhsulların maliyyə təhlili, gündəlik və həftəlik hesabatların hazırlanması;
-
Mərkəzi Banka təqdim edilən hesabatların hazırlanması;
-
İdarəetmə mühasibatlığının aparılması;
-
Maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtib edilməsi;
-
Rəhbərlik tərəfindən tələb olunan maliyyə modellərin hazırlanması;
-
Dövrü maliyyə hesabatlarının hazırlanması.
Namizədə dair tələblər:
-
Mühasibatlıq, Maliyyə və ya müvafiq sahələrdə ali təhsil;
-
İdarəetmə/Xərclərə nəzarət və ya Maliyyə analizi sahəsində 1 il iş təcrübəsi;
-
Excel proqramını yüksək səviyyədə bilmək;
-
Analitik düşünmə qabiliyyəti və detallara diqqətcil olmaq;
-
ACCA F3 Sertifikatı;
-
CFA, CİMA sertifikatlarının olması üstünlükdür.
İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, öz CV-lərini “Hesabatlıq və təhlil üzrə mütəxəssis” başlığı ilə hrdepartment@azerpost.az ünvanına göndərə bilərlər.