“Azərpoçt” qurumun adından edilən kiberdələduzluq halları ilə bağlı əhaliyə müraciət edib


18.11.2022 417


 

Kiberdələduzlar onlayn ticarət saytları və sosial şəbəkə platformalarında vətəndaşlara “Azərpoçt” MMC-nin müxtəlif uduşlu oyunlar keçirməsi barədə saxta keçidlər göndərirlər.

 

Keçidə daxil olaraq oyunda iştirak edən şəxslərdən qazandıqları pul mükafatlarını əldə etmək üçün linki dostları ilə paylaşmaları və fərdi məlumatlarını göndərmələri istənilir. Kart məlumatları təqdim edildikdə isə hesabda olan vəsait kiberdələduzların əlinə keçir.


“Azərpoçt” MMC kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara diqqətli olmağı, tanımadığı şəxslərdən, eləcə də mənbələrdən gələn bildirişlərdə göstərilən keçidlərə daxil olmamağı, fərdi məlumatlarını təqdim etməməyi, eyni zamanda göndərilmiş bildirişlərin doğruluğunu rəsmi mənbələrdən – “169” Çağrı mərkəzi və “Azərpoçt”un rəsmi sosial şəbəkə hesablarından dəqiqləşdirərək yoxlamağı xahiş edirik. 

 



Onlayn konsultasiya